Yuxarı

Qərb hərəkətə keçir: Tiflis və İrəvanın planı…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İvanaşvilinin yeritdiyi xətt Ermənistanın avantürist siyasəti ilə üst-üstə düşərək hazırda bölgəni bir-birinə qatıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinin sözlərinə görə, "Gürcü arzusu" blokunun yeritdiyi indiki siyasətdən və Gürcüstanın hansı mövqe tutmasından asılı olmayaraq, Azərbaycan öz siyasi xəttini dəyişməyəcək:

"Son vaxtlar Cənubi Qafqaz bölgəsində balansın pozulmasında əsas rol oynayan Ermənistan və Gürcüstandır. Ermənistan Prezidenti Gürcüstana səfər edərək faktiki olaraq ölkəni idarə edən "boz kardinalla", yəni İvanaşvili ilə danışıqlar apardı. Danışıqların əsas mövzusu isə İran qazının Ermənistan ərazisindən Gürcüstana ötürülməsi və Abxaziyadan keçən dəmir yolunun Gürcüstandan Ermənistana qədər uzadılması məsələsi oldu. Göründüyü kimi, Gürcüstanın indiki siyasəti nəinki Rusiyaya tərəf meyillənir, eyni zamanda, Ermənistanla da sıx əlaqələr yaratma xəttindən ibarətdir. Keçmiş baş nazir Bidzina İavanaşvili "Qazprom"un səhmdarlarından biridir və hazırda da Azərbaycan qazı əvəzinə Rusiya qazını almaq istəyir. Bir sözlə, İvanaşvilinin yeritdiyi siyasət Ermənistanın avantürist siyasəti ilə üst-üstə düşərək hazırda bölgəni bir-birinə qatıb. Belə olan halda Azərbaycan öz siyasi xəttində heç bir dəyişikliyə getməyəcək. Çünki rəsmi Bakı balanslı siyasət yürüdür, Qərb və Rusiya ilə siyasi münasibətlər normaldır. Məhz buna görə də Prezidenti İlham Əliyev Gürcüstana səfər edərək bu ölkənin Prezidenti Georgi Marqvelaşvili görüşdü. Bu görüşün siyasi əhəmiyyəti olduqca böyükdür".

Gürcüstan-Azərbaycan münasibətlərində hər hansı bir dəyişikliyin olmayacağını bildirən politoloq heç Qərbin də bunu istəmədəyini deyib:

"Qərbin əsas enerji dəhlizi Azərbaycan və Gürcüstandır. Qərb hazırda bu bölgədə Rusiya və İranı görmək istəmir. Bu nöqteyi-nəzərdən də Gürcüstanın enerji sahəsində canlanmasına gətirib çıxaracaq addımları təkcə Azərbaycan yox, Qərb ölkələri də atacaq. Hətta Rusiya belə İranın Ermənistandan keçməklə qaz kəməri çəkməsinin əleyhinədir".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə gedib. Səfər çərçivəsində iki ölkə arasında enerji və nəqliyyat məsələləri, ticarət dövriyyəsi, Cənub Qaz Dəhlizi layihəsinin icrası və bir sıra iqtisadi məsələlər müzakirə edilib.

Tarix
2015.11.07 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla