Yuxarı

“Kreml Ankaraya qarşı istənilən addımı ata bilər” - Ara qarışır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təyyarə insidenti Türkiyə-Rusiya münasibətlərinin gərginlik potensialını artıracaq.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Rusiya təyyarəsini vurması ilə bağlı hadisəni şərh edən politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Kreml mövqelərini qorumaq istiqamətində istənilən addımı ata bilər:

"Suriya böhranı ətrafında ta əvvəldən iki ölkə tərs-mütənasib yanaşma sərgiləyirdi. Moskva İŞİD-ə qarşı hərbi əməliyyatlara başladıqdan sonra iki ölkə arasındakı anlaşılmazlıqlar bir qədər də dərinləşdi. Moskva Ankaranı İŞİD-lə əlaqələrdə günahlandıraraq bildirir ki, Davudoğlu hökuməti məxfi şəkildə şəriətçilərə maliyyə, silah-sursat və logistik dəstək göstərir. Təbii ki, Ankara bu kimi ittihamları rədd edir. Buna baxmayaraq, həm də Qərb mənbələri Türkiyə ilə Səudiyyə Ərəbistanı və Qətərin ikibaşlı oyun oynamasına işarə edirlər. Məhz İŞİD-in güclü müqavimət potensialına malik olması bölgə dövlətlərinin "İslam dövləti"ndən öz xeyirləri üçün yararlanma anlamına gəlir ki, bu kontekstdə bəzi güc mərkəzlərinin Türkiyəyə iddiaları artır. Sırf texniki baxımdan vurulmuş təyyarə Suriyanın hava hüdudlarını tərk etməyibsə, onda Moskva Ankaraya qarşı tədbir görməyi vacib sayacaq. Çünki Kremlin ABŞ qarşısında öz planı var və Putin administrasiyası bildirir ki, o da Amerika səviyyəsində olan fövqəlgücdür və mövqelərini qorumaq istiqamətində istənilən addımı ata bilər".

Qeyd edək ki, bu gün səhər Türkiyə hava məkanını pozan Rusiyaya məxsus Su-24 qırıcısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı tərəfindən vurulub.

Tarix
2015.11.24 / 15:47
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla