Yuxarı

Araz Əlizadə: “Ərdoğan Rusiyadan qisas alır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya belə şeyləri heç vaxt bağışlamır.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulması hadisəsini şərh edərkən millət vəkili Araz Əlizadə deyib. O, sözügedən hadisəni Rusiyaya qarşı düşmənçilik mövqeyi olaraq qiymətləndirib:

"Əfsuslar olsun ki, bu, Türkiyəyə çox baha başa gələcək. Ərdoğan öz islamçılığını edir, ancaq bunun hesabını zəhmətkeş türk xalqı verəcək. Ərdoğan bunu ona görə edir ki, İŞİD-dən saxta neft ticarətinə onun oğlu rəhbərlik edir. Görünür, o da bunun qisasını alır. Baş verən son olay Türkiyə xalqını böyük zərbə altında qoyacaq. Çünki Rusiya belə şeyləri heç vaxt bağışlamır və bağışlamaycaq da. Bundan sonra iki ölkə arasında münasibətlər gərginləşəcək. Hesab edirəm ki, artıq "Türk axını" layihəsi ilə bağlı bütün ümidlər də demək olar ki, puç oldu. Hətta iki ölkə arasında hərbi münaqişə baş verməsə, bu, çox yaxşı olardı. Ümid edirəm ki, belə bir vəziyyət yaranmaz".

Qeyd edək ki, dünən Türkiyə hava məkanını pozan Rusiyaya məxsus Su-24 bombardmançısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 tərəfindən vurulub.

Tarix
2015.11.25 / 20:42
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla