Yuxarı

Rusiya-Türkiyə: gərginlik nə qədər sürəcək? – Rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin son addımı ondan xəbər verir ki, Rusiya bu cür davranışlarına son qoymalı, dövlətlərin suverenliyinə təhdid və təxribat xarakterli addımlar atmamalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması hadisəsinə münasibət bildirən politoloq hesab edir ki, iki ölkə arasında yüksək gərginlik olmayacaq:

"Bir müddətdən sonra bütün diplomatik atışma və bəyanatlar arxa plana keçəcək və iki ölkə arasında yaranmış problem danışıqlar yolu ilə aradan qaldırılacaq. Yəni dünya praktikasında belə şeylər çox olub. Rusiya son vaxtlar xüsusilə də Ukraynada hərbi əməliyyatlara başladığı bir dövrdə Qərb və NATO dövlətlərinin sərhədlərini durmadan pozur. Bu müntəzəm pozucu fəaliyyətin də müəyyən bir cavabıolmalıydı. Türkiyə hava məkanı üçüncü dəfə idi ki, pozulurdu. Sonuncuya Ankaranın cavabı çox sərt oldu və təyyarə vuruldu. Təbii ki, bu, yaxşı hal deyil. Çünki bu, gərginliyə səbəb olur, eskalasiya yaradır.Türkiyənin son addımı ondan xəbər verir ki, Rusiya bu cür davranışlarına son qoymalı, dövlətlərin suverenliyinə təhdid və təxribat xarakterli addımlar atmamalıdır.Xüsusən də söhbət hərbi güc, silah və təyyarədən getdikdə. Bir məqam da ifşa olundu ki, Rusiya indiyə qədər iddia edirdi ki, apardığı bütün hərbi əməliyyatlarının hədəfi İŞİD-dir. Ancaq indi göründü ki, Rusiyanın apardığı hərbi əməliyyatların mütləq əksəriyyəti İŞİD və Əsədə qarşı döyüşən silahlıqruplaşmaların nəzarət etdiyi ərazilər, o cümlədən Suriya türkmanlarıdır. Müəyyən gərginliklər olsa da, bu, məsələ ətrafında çox ciddi qarşıdurmalara gətirib çıxarmayacaq".

Tarix
2015.11.27 / 09:27
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla