Yuxarı

Azərbaycan təhsilində “İsrail modeli” tətbiq olunur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan təhsilində “İsrail modeli” tətbiq olunur?

Xəbər verdiyimiz kimi, ötən gün xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasına səfəri çərçivəsində israilli həmkarı Eli Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı “Azərbaycan Hökuməti ilə İsrail Hökuməti arasında 2023-2026-cı illər üçün Təhsil sahəsində əməkdaşlıq proqramı” imzalanıb.

Bu proqramla bağlı Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib ki, Finlandiya, Sinqapur kimi inkişaf etmiş, qabaqcıl təhsil modelləri sırasında İsrail modelinin də öz yeri var:

“Hazırda ölkəmizdəki bir neçə özəl liseydə və dövlət məktəblərində İsrail təhsil modelindən istifadə olunur. Bu modelin əsasında şagirdlərin ümumi bilik və bacarıqları, təfəkkürü müvafiq istiqamətlər üzrə artıq kiçik yaşdan etibarən formalaşdırılır. Öyrəşdiyimiz ənənəvi təhsil modelindən fərqli olaraq, burada şagirdlərə müəyyən fənn və istiqamət üzrə sərbəstlik verilir”.

Ekspert qeyd edib ki, İsraillə bu istiqamətdə əməkdaşlıq gələcəkdə Azərbaycanda təhsilin inkişafına töhfələr verəcək:

“Hazırda müvafiq olaraq istər təcrübə proqramlarında, istərsə də Azərbaycanın bəzi universitetlərində İsrail üzrə regionşünaslıq tədris olunur”.

Ekspert vurğulayıb ki, İsraildə çalışan alimlər, həkimlər və təhsil alan tələbələrimizin də təcrübəsi ölkəmizdə tətbiq oluna bilər:

“Azərbaycan və İsrail Hökuməti arasında 2023-2026-cı illər üçün Təhsil sahəsində əməkdaşlıq proqramı çərçivəsində həmçinin, tələbə mübadiləsi həyata keçirilə bilər. Əvvəl bir neçə tələbə göndərilirdisə, artıq bu say artırıla bilər. Eyni zamanda, İsrail modelli məktəbin tikintisi zərurəti də yarana bilər”.

Tarix
2023.04.21 / 09:32
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla