Yuxarı

Türkiyədə Qarabağ Mərkəzi yaranacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayevanın Cəlal Bayar Universitetində Qarabağ Mərkəzi təklifi müsbət qarşılanıb.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva Azərbaycanda səfərdə olan Manisa Cəlal Bayar Universitetinin rektoru professor A.Kamal Çələbinin başçılığı ilə universitetin nümayəndə heyəti ilə görüşüb.

Rektor A.Kamal Çələbi Azərbaycana İnşaat və Memarlıq Universitetinin dəvəti ilə gəldiklərini, qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən, Azərbaycanla əməkdaşlıqdan böyük məmnunluq duyduğuqlarını deyib.

Qənirə Paşayeva Cəlal Bayar universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin, burada təhsil alan azərbaycanlı tələbələrin sayının getdikcə artmasının, artıq 190 nəfər tələbənin burada təhsil almasının müsbət hal olduğunu qeyd edib.

Universitet rektoruna və heyət üzvlərinə Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verilib və bu istiqamətdə geniş fikir mübadiləsi aparılıb.

Qənirə Paşayeva sözügedən Universitetdə Qarabağ Mərkəzinin açılması təklifi ilə çıxış etdiyini bir daha xatırladaraq bildirib ki, belə bir mərkəzin olması türk kökənli gənclərimiz və burada təhsil alan xarici tələbələrə Qarabağ həqiqətlərinin çatdırılması üçün çox önəmlidir.

Universitet rektoru, professor Kamal Çələbi və nümayəndə heyəti üzvləri təklifi dəstəkləyiblər və yaxın günlərdə bu məsələyə baxılacağını bildiriblər.

Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə gərginləşən vəziyyət barədə də geniş fikir mübadiləsi aparılıb.

Tarix
2016.01.19 / 13:50
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla