Yuxarı

Msanya Dismas: "Sizin gənclər xoşbəxtdirlər ki..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Azərbaycan dilində danışa bilmirəm. İstər dərimin rənginə, istərsə də dini etiqadıma görə sizin insanlardan çox fərqlənirəm. Amma hesab edirəm ki, kövrək duyğuları paylaşmaq üçün heç də hamının eyni dildə danışması vacib deyil. Elə ona görə də sizin azadlıq və müstəqillik yolunda şəhid olan vətəndaşlarınızın ruhuna hörmət əlaməti olaraq mən buraya - Şəhidlər Xiyabana gəlmişəm.

Bu sözləri AzərTac-a müsahibəsində Tanzaniya vətəndaşı, İspaniya Universitetinin doktorantı Msanya Dismas söyləyib.

Msanya Dismas deyib: İllər öncə azərbaycanlıların başına gətirilən 20 Yanvar faciəsi haqqında dünən eşitdim. Metronun 20 Yanvar stansiyasında olarkən gördüm ki, hər tərəfə çoxlu güllər düzülüb. Orada öyrəndim ki, azərbaycanlılar hər ilin 20 yanvarını milli hüzn günü kimi qeyd edirlər. 20 Yanvar faciəsi haqqında daha ətraflı məlumatı internetdən öyrəndim. Dünyada çox xalqlar olsa da, onların heç də hamısının müstəqil dövlətləri yoxdur. Mənim ölkəmdə sizin şəhidlərin məzarı üstünə qoyduğunuz güldən bitmir. Burada dedilər ki, 1990-cı ilin 20 Yanvar faciəsinə qədər sizdə qərənfil çox sevilib. Həmin müdhiş gündən sonra isə bu gül sevgililərin əlində deyil, şəhidlərin məzarı üstündə görünməyə başlayıb. Mən bu gülün adını Azadlıq çiçəyi qoyardım. Bundan başqa, sizin gözəl bayrağınız da var. Hələ ölkənizə gəlməmişdən qabaq onu öyrənmişdim. Vaxtilə həmin bayrağı sovet qoşunları endirib, yerinə öz bayraqlarını taxmışdılar. Amma on illər sonra siz həmin üçrəngli bayrağı yenidən müstəqil ölkənizin atributu kimi qəbul etmisiniz. Hiss edirəm ki, Azərbaycan xalqı keçmişinə, milli dəyərlərinə, ənənələrinə çox bağlıdır. Mən bütün Azərbaycan xalqına başsağlığı verir, azadlığınızın əbədi olmasını arzulayıram.

Tarix
2016.01.20 / 20:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla