Yuxarı

Ramazan Əliyevə vəzifə verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstan rəhbəri Ramazan Abdulatipov Prezident Administrasiyasının rəhbəri Ramazan Əliyevi vəzifəsindən azad edib.

Axar.az xəbər verir ki, Əliyevin administrasiya rəhbərliyindən çıxarıldıqdan sonra baş nazirin birinci müavini təyin edildiyini bildirilir. Əliyev burada maliyyə məsələlərini kurasiya edəcək.

Abdulatipovun başqa bir əmri ilə isə Prezident Administrasiyasının rəhbəri vəzifəsinə İsmayıl Əfəndiyev gətirilib.

Qeyd edək ki, Ramazan Əliyev milliyətcə avardır. O, Dağıstan hakimiyyətində Abdulatipova ən yaxın olan şəxslərdən biri hesab edilir. Məhz Əliyev 2014-cü ilin oktyabrında Dərbənd rayonunun rəhbəri, milliyətcə azərbaycanlı olan Qurban Qurbanovun hakimiyyətdən getməsinə səbəb olub. Onun rəhbərliyi altında sonradan şəhərə OMON yeridilib və Qurbanovla tərəfdarlarının evində axtarış aparılıb.

Əliyevin yerinə təyin olunan İsmayıl Əfəndiyevin isə milliyətcə ləzgi olduğu deyilir. O, Azərbaycanla sərhəddən 25 kilometr aralıda yerləşən Süleyman-Stalski rayonunun Qasımkənd kəndindəndir.

Tarix
2016.02.03 / 11:50
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla