Yuxarı

İlham Əliyev Lukaşenko ilə danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Belarus prezidenti Aleksandr Lukaşenko və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

APA-nın verdiyi xəbərə görə, bu barədə Belarus prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı ilə bağlı müzakirə aparıblar. "Prezidentlər qarşılıqlı ticarətin fəallaşdırılmasına hazır olduqlarını ifadə ediblər. Belarus tərəfi xüsusilə, gələcəkdə üçüncü ölkələrin bazarlarına çıxmaq üçün Azərbaycanla bütün sahələr üzrə birgə istehsalın yaradılması məsələsini nəzərdən keçirməyə hazırdır. Dövlət başçıları beynəlxalq gündəlikdə olan məsələləri də müzakirə edib və ikitərəfli münasibətlərin strateji xarakterini bir daha vurğulayıblar", - deyə məlumatında deyilir.

Qeyd edək ki, Azərbaycan və Belarus prezidentlərinin sonuncu görüşü İlham Əliyevin ötən il noyabrın 28-də Belarusa səfəri zamanı baş tutub.

Tarix
2016.02.19 / 14:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla