Yuxarı

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) Azərbaycana qaytarılması Ermənistanın siyasi-ictimai gündəmini alt-üst edib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan müxalifəti və mövcud hakimiyyəti qəbul etməyənlər Paşinyana qarşı ittihamlar irəli sürür.

Bu kontekstdə erməni ekspert Naxri Xoxikyanın açıqlaması xüsusilə diqqət çəkir. Xoxikyan iddia edir ki, kəndlərin təhvil verilməsi 23-24 aprelə - (qomdarma) “erməni soyqırımı”nın ildönümünə hesablanıb. Onun iddiasına görə, bu, məhz rəsmi Bakının tələbi ilə baş verir.

“Simvolik günlərə diqqət edin, bunlar azərbaycanlılar üçün önəmlidir. 2020-ci ilin 27 sentyabrında müharibə başladı. Düz 100 il əvvəl – 1920-ci ilin 27 sentyabrında Türkiyə Qarsı ələ keçirmişdi (ermənilər Qarsı qondarma “Qərbi Ermənistana” aid edirlər - red.). Ermənistanın kapitulyasiya imzaladığı 2020-ci ilin 9 noyabrında (9-10 noyabr razılaşması - red.) Azərbaycanın bayraq günü idi. Kəlbəcərin Azərbaycana təhvil verildiyi 25 noyabr tarixi “Avo”nun (terrorçu Monte Melkonyan - red.) doğum günüdür. 2021-ci ilin 12 may tarixində Azərbaycan Qaragöl sahilini nəzarətə götürdü, 12 may 1994-cü ildə Azərbaycanın məğlubiyyət sənədi (atəşkəs razılaşması - red) imzalandığı gündür. 2023-cü ilin 19-20 sentyabrında Qarabağda hər şey bitdi, bir gün sonra – 21 sentyabrında ermənilər oranı tərk etdi. Həmin gün Ermənistanın müstəqillik günü idi. 2024-cü ilin 19 aprelində Ermənistan 4 kəndi Azərbaycana qaytarmağa razılaşdı. Bu ərazilər Tavuş vilayətinin ən azı 10 kəndinin təhlükəsizliyini və Gürcüstanla dövlətlərarası yolu təmin edən bölgədir. Hökumət mənbələrinin məlumatına görə, Azərbaycan bu kəndlərin 23-24 aprel tarixində verilməsini tələb edib. Hər kəs 24 aprelin nəyin simvolu (qondarma “erməni soyqırımı” - red.) olduğunu bilir”, - o deyib.

Tarix
2024.04.22 / 10:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla