Yuxarı

"Braziliya ilə Azərbaycan münasibətləri inkişaf edir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ilə Braziliya arasında iqtisadi-ticarət əlaqələrinin təşviqi üçün geniş potensial mövcuddur.

Axar.az Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər ki, bu fikir Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Braziliya Milli Konqresinin Federal Senatının komitə sədri, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarke ilə görüşündə səsləndirilib.

Görüşdə Azərbaycan və Braziliya arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub, parlamentlərarası diplomatiyanın dövlətlərarası əlaqələrin inkişafında mühüm rola malik olduğu vurğulanıb, iki ölkə arasında parlamentlərarası dostluq qrupunun fəaliyyəti təqdir edilib.

Azərbaycanın tolerantlıq ənənələri, dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri qeyd edən Kristovam Buarke aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyətini vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Braziliya ilə əməkdaşlığın inkişafına önəm verdiyini və yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Görüşdə dinlər və mədəniyyətlərarası dialoqun genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və parlament nümayəndələrinin bu prosesdə rolunun artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2016.03.03 / 20:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla