Yuxarı

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülh, ilk növbədə, ərazi bütövlüyünə, suverenliyə hörmət deməkdir. Sülh mükafatı separatizmdə ittiham olunan insana necə verilə bilər?

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini şərh edən Ukrayna Ali Radasının üzvü Aleksey Qonçarenko deyib.

Bu mükafatın Ruben Vardanyana verilməsinin qəbuledilməz olduğunu vurğulayan deputat bildirib:

“Əvvəla qeyd edim ki, Ruben Vardanyan Ukraynanın sanksiya siyahısındadır. Ukrayna hökuməti onun adını Rusiya oliqarxı kimi sanksiya siyahısına daxil edib. Rusiya oliqarxı olmaq bu və ya digər şəkildə Putinin pul kisəsi olmaq deməkdir. Belə bir insanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi şok effekti yaradır və qəbuledilməzdir. Bu şəxs çirkli pulların yuyulmasında və digər cinayətlərdə ittiham olunur”.

A.Qonçarenko bildirib ki, Ukraynada sanksiya siyahısı xüsusi xidmət və hüquq-mühafizə orqanları tərəfindən tərtib edilir. Əgər kimsə bu siyahıya daxil edilirsə, bunun üçün əsaslı səbəblər var. Vardanyanla bağlı səbəb onun rəhbərlik etdiyi müəssisələrin Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə təhdid törətməsidir.

Tarix
2024.04.29 / 19:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanın Gürcüstana yolu nəzarətimizə keçdi

Lukaşenko Azərbaycana gəldi

Bizim Azərbaycanla sülh yox, müharibə təcrübəmiz var

Rusiyameyilli Fitsoya sui-qəsdi kim təşkil edib?

Baqrat mitinqə “fasilə” verdi: etiraz alınmadı…

Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdı

Səbinə Əliyeva Kazan forumunda iştirak etdi

Azərbaycana bu sahədə dəstək davam etdiriləcək - AB

Paşinyandan sülh açıqlaması: Kosmosa uçuşlar da...

Hərbi kolleclərdə təhsil almaq istəyənlərin diqqətinə - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla