Yuxarı

Başkəndin İrəvana verilməsi… - Musabəyov “düzəltdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup az tanınan saytlar Birinci Qarabağ müharibəsi zamanı qoşunlarımız tərəfindən tutulan Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistana verilməsi təklifini mənə aid edərək “stəkanda fırtına” məlumatı yaydılar.

Axar.az xəbər verir ki, bunu politoloq Rasim Musabəyov özünün Feysbuk səhifəsində yazıb.

“Deyirlər ki, İctimai Televiziyanın bazar günü proqramına şərhimdə Başkəndin strateji əhəmiyyət kəsb etmədiyini deməklə ölkəmizin mənafeyinə xələl gətirmişəm.

Əslində isə dedim ki, Ermənistanın nəzarətində qalan dörd Azərbaycan anklavı ərazi baxımından keçmiş Ermənistanın Başkənd anklavı ilə müqayisə olunsa da, Kərkidən İrəvanı İranla birləşdirən yol, Yuxarı Əskiparadan isə Ermənistanı Gürcüstanla birləşdirən əsas magistral keçir. Kəndlərimizin strateji əhəmiyyəti danılmazdır, Başkənd yalnız rayon yollarının kəsişməsində yerləşir. İşğal olunmuş Azərbaycan anklavları keçmiş Ermənistan anklavı Başkənddən daha qiymətlidir. Bu hal gələcək Ermənistan-Azərbaycan danışıqlarında mütləq şəkildə eksklav kəndlərinin taleyi həll edilərkən nəzərə alınmalıdır və Başkəndin Ermənistana verilməsindən söhbət getmədi. Mən sadəcə olaraq vurğuladım ki, Azərbaycanın eksklavlarla bağlı danışıqlarda mövqeyi Ermənistanın mövqeyindən güclüdür. Ancaq bəziləri üçün həqiqətdən uzaq olsa belə, diqqəti cəlb edən başlıq daha vacibdir”, - Musabəyov bildirib.

Qeyd edək ki, Rasim Musabəyov Başkəndin heç bir strateji əhəmiyyət kəsb etmədiyini bildirməklə yanaşı, 1929-cu ildə bizdən əsassız olaraq alınan kəndin “mübadilə edilməli” olduğunu deyib.

Tarix
2024.04.30 / 12:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakı və İrəvan üçün tarixi fürsətdir - Almaniya

Lukaşenkonun Azərbaycana səfəri başa çatdı - Foto

Lukaşenko Füzuliyə getdi, Əliyev şəxsən qarşıladı - Video

Parisin Bakı açıqlamasından heyrətə gəldim - Klaçkov

Lukaşenkonun Bakıya görə Nikola bu sözləri... – Ekspert

Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsi...

İrəvan 100 milyonluq stansiyanı Bakıya verir?

Şuşa ilə bağlı bu görüntülər ilk dəfə yayıldı - Video

Kirantslılar qubernatorla görüşdən sonra yolu açdılar

MM-in komitəsi qərəzli qətnamə ilə bağlı bəyanat yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla