Yuxarı

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq biz bir neçə ildir ki, yaz aylarında Ermənistanda müxalifətin fəallaşdığının şahidi oluruq. İndiki etirazları isə Paşinyana qarşı olan müxalifət və kilsə təşkil edir. Məqsədləri fürsətdən istifadə edərək mövqelərini gücləndirmək, sıralarını genişləndirməkdir.

Bu sözləri Axar.az-a Ermənistanda sərhədlərin müəyyənləşdirilməsinə qarşı davam edən etirazlar haqqında danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.

Siyasi şərhçi Rusiyanın Ermənistanda etirazlar dalğasının genişlənməsində maraqlı olduğunu vurğulayıb:

“Burada həm də xarici faktorların təsiri var. Belə ki, Rusiya da Ermənistan ərazisində sərhədlərin müəyyənləşdirilməsi prosesində iştirak etməyə çalışır. Lakin rəsmi İrəvan buna imkan vermir. Nəzərə almaq lazımdır ki, Rusiya və Erməni Apostol Kilsəsinin yeparxiyasının başçısı Mkrtiç Qriqoryeviç Nersisyan (adı Yezras Nersisyan kimi də qeyd olunur – red.) ilə ermənilərin katolikosu II Qaregin qardaşdır. Etiraz aksiyalarında əsasən Rusiyada yaşayan ermənilər və Ermənistanda yaşayan rusmeyilli qüvvələr fəallıq göstərir. Onlar hansısa formada prosesin dayandırılmasını istəyirlər. 9 mayda yürüş İrəvana çatmalı və orada yekun mitinq keçirilməlidir. Yalnız oradakı aksiyanın yekununu gördükdən sonra etirazların davamlılığı və erməni cəmiyyətində Paşinyana qarşı güclü müqavimətin olub-olmadığı haqqında müəyyən fikir söyləmək mümkündür. Əgər bu baş verməsə, Paşinyan indiyədək göstərdiyi siyasi iradəni davam etdirəcək”.

Tarix
2024.05.07 / 08:30
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

Ermənistan səhv addım atmamalıdır – İlham Əliyev

Əliyev Rəisi ilə görüşdə: Bu ölkələr işimizə qarışa bilməz!

İran-Azərbaycan qardaşlığı önəmli amildir – İlham Əliyev

İranın bu məsələyə dair dəstəyini alqışlayırıq - Prezident

Bu bölgələr yaşıl enerji zonaları elan edilib - Əliyev

Bu, hər iki ölkəyə fayda verəcək - Prezident

Rəisidən Əliyevə: Bəziləri görüşümüzü bəyənməyə bilər

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi

İran-Azərbaycan dostluğunu bütün dünya görür - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla