Yuxarı

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ildə Minsk qrupunun həmsədrləri Nikol Paşinyan hökumətinə Kəlbəcər və Laçının Ermənistanın tərkibində saxlanılması ilə sülhün əldə edilməsini təklif etdi.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni siyasətçi Levon Zurabyan deyib.

Siyasətçinin sözlərinə görə, Paşinyan 5 il əvvəl həmsədrlərin bütün təkliflərini rədd edib:

“Bu sülh sazişində Qarabağın statusunun həlli məsələsinin gələcək nəsillərə saxlanılması, orada uzunmüddətli şəkildə sülhməramlıların yerləşdirilməsi nəzərdə tutulurdu. Lakin Nikol Paşinyan bunu qəbul etmədi. Həmçinin belə bir təklifin olduğunu xalqa açıqlamadı. 2020-ci ildə Qafanda keçirdiyi o məşhur mətbuat konfransında masada müzakirə üçün heç bir sənədin olmadığını dedi”.

“Biz 44 günlük müharibəyə hazır deyildik, indi də hazır deyilik. Baş nazir əvvəlcə Qərbin nizamlamasının qəbul ediləcəyini dedi, buna görə Rusiyanın nizamlamasına keçməkdən imtina etdi. Lakin o qərar da uğursuz oldu. Onun bütün hesablamaları fiasko ilə nəticələndi. Bu gün biz çox çətin vəziyyətdəyik. Cənubi Qafqazdakı məsələləri Azərbaycan və Türkiyə həll edir”, – Zurabyan bildirib.

Tarix
2024.05.09 / 14:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bütün İranın gözü Təbrizdədir: nazirlər də gəldi

Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı

İlham Əliyev onu təbrik etdi

Qəzada ölən Abdullahianın tərcümeyi-halı

Bakıda İran bayrağı endirildi - Foto

Abdullahian ölümündən dəqiqələr öncə... - Son fotosu

Bu xəbər məni dərindən sarsıtdı... - Bayramov

AB İrana başsağlığı verdi

Rəsmi Bakı İrana başsağlığı verdi

İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla