Yuxarı

Prezident: "Ermənistan buna məcbur edilməlidir” - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevə məxsus Tvitter hesabından (@azpresident) IV Qlobal Bakı Forumuna dair qısa mesajlar paylaşılıb.

Musavat.com-un məlumatına görə, ölkə başçısı qeyd edib ki, IV Qlobal Bakı Forumunun iştirakçıları vahid məqsəd - əməkdaşlıq, qarşılıqlı anlaşma, sabitlik və sülhün təşviqi ətrafında birləşmişlər.

Prezident İlham Əliyev onu da bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qeyri-qanuni olaraq nəzarətdə saxlamağa çalışır və status-kvonun dəyişməz qalmasını istəyir.

İ.Əliyev "Beynəlxalq ictimaiyyət siyasi iradə göstərməli və təcavüzkar Ermənistanı işğala son qoymağa məcbur etməlidir" - deyə vurğulayıb.

Müstəqillik illərində Azərbaycanın böyük uğurlara nail olduğunu bildirən dövlət başçısı ölkənin müasir, sabit, proqnozlaşdırıla bilən, özünü təmin edən dövlətə çevrildiyini də qeyd edib.

Bu gün Azərbaycanda əsas məqsədin neft və qazdan asılılığı tamamilə aradan qaldırmaq olduğunu deyən ölkə başçısı "Azərbaycan üçün postneft dövrü artıq başlamışdır" - deyə sözlərinə əlvə edib.

Prezident İ.Əliuyev sonda bildirib ki, hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasəti həyata keçirilir və iqtisadi inkişafın yeni sahələri müəyyən edilir. Multikulturalizm və dini dözümlülük Azərbaycanda dövlət siyasəti və cəmiyyətdə olan əhval-ruhiyyənin təcəssümüdür.

Tarix
2016.03.11 / 18:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla