Yuxarı

Ramiz Mehdiyevdən cəmiyyətə önəmli ismarıc

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər Azərbaycanın təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini ağır silahlardan atəşə tutur, mülki əhalini qətlə yetirir, infrastruktur və yaşayış obyektlərini dağıdır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AzərTac-a geniş müsahibəsində deyib.

O bildirib ki, ermənilərin həm cəbhədəki, həm də informasiya məkanındakı təxribatına lazımi cavab verilməlidir:

"Sirr deyil ki, Azərbaycanı sevməyən dairələr, xüsusilə ermənilər bütün mümkün vasitələrdən istifadə etməklə cəmiyyətimizi və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Təəssüf ki, bəzi hallarda ayrı-ayrı vətəndaşlarımız da bu neqativ halın təsiri altına düşür, xüsusilə sosial şəbəkələrdə ermənilərin yaydığı dezinformasiyaları paylaşır, ola bilər ki, istəmədən düşmənin qurduğu məkrli oyunun iştirakçısına çevrilirlər. Məlumdur ki, hazırda ermənilər guya Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı yaşayış məntəqələrini atəşə tutduğu, dinc sakinlərin öldüyü barədə olmazın şayiələr yayır, bu "faktlarla" müxtəlif beynəlxalq təşkilatlara müraciət edir, Azərbaycana qarşı tədbirlər görülməsini istəyirlər. Halbuki, Azərbaycan Ordusu dinc insanların davamlı atəşə tutulduğu yüksəklikləri götürərək mülki əhalini müdafiə edib, cavab tədbirləri görüb. Əksinə, ermənilər Azərbaycanın təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini ağır silahlardan atəşə tutur, mülki əhalini qətlə yetirir, infrastruktur və yaşayış obyektlərini dağıdır.

Ermənistan hakimiyyəti ölkədə narazılığın artacağını, daxili vəziyyətin daha da gərginləşəcəyini bildiyi üçün Ermənistan ordusunun cəbhədə itkilərinin miqyası barədə obyektiv informasiya verməkdən çəkinir, erməni lobbisinin, öz təsiri altında olan satqın "ekspertlərin", "politoloqların", KİV-lərin imkanlarından istifadə etməyə çalışır. Onlar beynəlxalq auditoriyaya "müstəqil DQR"in Azərbaycan dövlətinə qarşı "vuruşduğu"nu, məhz Azərbaycanla qondarma "DQR"in qarşı-qarşıya dayandığını təlqin etmək istəyir və Ermənistanı hədəfdən yayındırmağa səy göstərirlər. Bəzi ölkələrin KİV-lərinin təqdimatında bu tendensiya açıq-aydın görünür.

Dövlət orqanlarının, diaspor təşkilatlarımızın, kütləvi informasiya vasitələrinin, sosial şəbəkə fəallarının, ümumilikdə bütün cəmiyyətimizin əsas vəzifələrindən biri də bu həqiqətləri dünyaya çatdırmaq olmalıdır. İndi bütün cəmiyyətimiz üçün olduqca həssas dönəmdir. Buna görə də sosial statusundan, vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş dövlət və cəmiyyət qarşısında öz borcunu layiqincə yerinə yetirməli, daha vətənpərvər olmalı və ümumi işə öz dəyərli töhfəsini əsirgəməməlidir.

Azərbaycanın mövqeyi, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər dünya ictimaiyyətinə qərəzsiz təqdim edilməlidir. Ermənilərin həm cəbhədəki, həm də informasiya məkanındakı təxribatına lazımi cavab verilməlidir. Kimsə gözləməməlidir ki, ona hansısa tapşırıq verilsin. Dünyanın nüfuzlu media orqanları atəşkəsin ermənilər tərəfindən pozulduğunu, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu etiraf edirlər".

Tarix
2016.04.06 / 15:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla