Yuxarı

Ərdoğan Paşinyan və Pezeşkianla bunu müzakirə edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkianla görüşü zamanı əsas müzakirə predmeti şübhəsiz Zəngəzur dəhlizi olacaq.

Bu sözləri Axar.az-a türkiyəli analitik Engin Özər Ərdoğanın ABŞ-da Paşinyan və Pezeşkianla gözlənilən görüşünü şərh edərkən deyib.

“Bilirsiniz ki, İranın Türkiyəyə dəhlizin Zəngəzurdan deyil, İran üzərindən keçməsi, Azərbaycanın Naxçıvanla bu yolla birləşməsi ilə bağlı təklifi var idi. İran bu məsələdə Ermənistanla hər hansı mübahisə və müzakirələrin aparılmasını istəmir. Türkiyə də bu təklifi tamamilə rədd etməmişdi. ABŞ-da belə bir təklif olarsa, Türkiyə yenidən bunu dəyərləndirə bilər. İranla müzakirə olunacaq birinci məsələ budur. Ümumilikdə isə ABŞ və İranın ayrı-ayrılıqda Ermənistan tərəfinə güclü bir mesaj verəcəklərini düşünürəm. Çünki ABŞ İranın Zəngəzur dəhlizinin açılmaması istiqamətindəki dirənişini dəstəkləyir”, - analitik əlavə edib.

O, Ərdoğanın ABŞ səfəri çərçivəsində İsrail-Livan arasındakı gərginliyin də müzakirə mövzularından biri olacağını bildirib:

“İsrail-Livan müharibəsində Türkiyə yenidən vasitəçi rolunda çıxış edə bilər. Çox güman, ABŞ Pezeşkiana – İran tərəfinə Livanda getdikcə gərginləşən, böyükmiqyaslı müharibə ilə nəticələnəcək mövcud vəziyyətlə bağlı xəbərdarlıq edəcək. Yəni İranın bura müdaxilə etməməsi, Hizbullahı dəstəkləməməsi istəniləcək”.

O, Ərdoğanın ABŞ prezident seçkilərində namizəd olan Kamala Harrislə görüşünün baş tuta biləcəyini istisna etməyib:

“Böyük ehtimalla Harris seçkilərdə qalib gələrək, prezident seçiləcək. Ərdoğan da bu səfər çərçivəsində onunla görüşə bilsə, Türkiyənin mövcud problemlərini müzakirə edəcək, demokratların siyasətinin dəyişib-dəyişməyədiyini yəqinləşdirəcək. Son dönəmdə Türkiyənin Çinlə münasibətlərində, özəlliklə ticarət yolları mövzusunda əlaqələrində bir soyuma, yəni ABŞ mövqeyinə yaxınlaşma nəzərə çarpır - Türkiyə hər nə qədər BRİKS-ə üzv olmaq istəyini açıqlasa da. Ərdoğan Kamala Harrisə mövcud siyasətini və planlarını çatdıracaq”.

Tarix
2024.09.23 / 13:37
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Donbasdan qayıdıb Bakı-İrəvan müzakirəsinə “qoşuldu”

İlham Əliyev Pezeşkiana məktub göndərdi

Prezidentdən bu universitetlə bağlı sərəncam

Bundan sonra da geriyə heç bir addım olmayacaq - Əliyev

Təcili: JF-17 qırıcısı Azərbaycan səmasında - Video

İlham Əliyev Cəmşid Xocayevi qəbul etdi

Rusiya bu sursat sistemini Bakıya gətirir

Onlara hər dəfə dərs vermişik ki, bunu etməsinlər!

Ermənistan Fransadan pulsuz silah alır - ciddi məsələdir!

Ermənistanda Azərbaycan suları satılır - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla