Yuxarı

Erməni diasporu Simonyanın səfərini ləğv etdirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Kanadaya səfəri ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Məlumata görə, erməni spiker 25-30 sentyabr tarixlərində Kanadanın Ottava şəhərinə səfər etməli idi.

Ermənistan parlamentinin mətbuat katibi Movses Arutyunyan nəşrə açıqlamasında səfərin ləğv edilmədiyini, Kanadanın qeyri-müəyyən müddətə təxirə saldığını deyib:

“Səfər Kanadadakı siyasi böhran səbəbindən təxirə salınıb. Kanadada siyasi qüvvələrdən biri koalisiyanı tərk edib və ölkədə daxili siyasi böhran yaşanır. Kanada parlamentinin İcmalar Palatasının sədri Simonyana zəng edərək, daxili siyasi vəziyyətlə əlaqədar səfərin vaxtının dəyişdirilməsini xahiş edib. Simonyan da razılığını verib”.

Nəşr qeyd edib ki, bir neçə gün öncə Daşnaksütyünun Kanadadakı Mərkəzi komitəsi Simonyanın bu ölkəyə səfəri ilə bağlı bəyanat yaymışdı. Bəyanatda Simonyanın nümayəndə heyətinə müxalifətdən olmayan, yalnız hakim Mülki Müqavilə Partiyasının üzvlərinin daxil etməsinin narahatlıq doğurduğu vurğulanmışdı. Hətta Ermənistan Milli Assambleyasının Ermənistan-Kanada parlament dostluğu fraksiyasının müxalif deputatlarının qəsdən bu nümayəndə heyətindən çıxarıldığı da qeyd olunmuşdu:

“Kanadadakı ermənilər demokratiyanın təməl prinsiplərini və elementar insan haqlarını pozan Ermənistanın indiki administrasiyasının səfərini müsbət qarşılamaq niyyətində deyillər”.

Erməni mətbuatı Simonyanın səfərinin ləğv edilməsinə məhz bu bəyanatın səbəb olduğunu iddia edir.

Tarix
2024.09.23 / 16:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

MM-in İntizam və Hesablayıcı komissiyaları formalaşdırıldı

Parlament azlığına buna görə vəzifələr verildi - Ekspert

Donbasdan qayıdıb Bakı-İrəvan müzakirəsinə “qoşuldu”

İlham Əliyev Pezeşkiana məktub göndərdi

Prezidentdən bu universitetlə bağlı sərəncam

Bundan sonra da geriyə heç bir addım olmayacaq - Əliyev

Təcili: JF-17 qırıcısı Azərbaycan səmasında - Video

İlham Əliyev Cəmşid Xocayevi qəbul etdi

Rusiya bu sursat sistemini Bakıya gətirir

Onlara hər dəfə dərs vermişik ki, bunu etməsinlər!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla