Yuxarı

Temperatur normadan 5.2 dərəcə yüksək olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin sentyabr ayının ikinci ongünlüyündə Azərbaycanda havanın temperaturu iqlim normasından 5.2 dərəcə yüksək olub.

Axar.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

O bildirib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 11 və 13 sentyabr tarixlərində 31 dərəcə isti, bölgələr üzrə isə 12 sentyabr tarixində Naxçıvan MR-da 37 dərəcə isti olub.

N.Mahmudovun sözlərinə görə, sentyabr ayının ikinci ongünlüyündə əksər bölgələrdə hava şəraiti yağmursuz keçsə də, əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağıntılı hava şəraiti müşahidə edilib və ümumi olaraq bölgələr üzrə 8 gün yağıntılı keçib:

"Ən çox yağıntı isə aylıq normanın 70 faizi qədər Balakən-Şəki bölgəsinə düşüb. 13 sentyabrda Şahdağın yüksək dağlıq ərazilərinə (3500 metr yüksəkliyə qədər) qar yağması müşahidə olunub".

N.Mahmudov qeyd edib ki, sentyabr ayının ikinci ongünlüyünün bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq sarı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 1 gün, bölgələrdə isə 9 gün küləkli olub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 16 m/s, bölgələrdə isə 21 m/s-dək güclənib.

Tarix
2024.09.23 / 17:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov BMT Baş Assambleyasının iclasında iştirak etdi

Gürcüstanda hərbçilərin komanda təlimi başladı - Foto

MM-in İntizam və Hesablayıcı komissiyaları formalaşdırıldı

Parlament azlığına buna görə vəzifələr verildi - Ekspert

Donbasdan qayıdıb Bakı-İrəvan müzakirəsinə “qoşuldu”

İlham Əliyev Pezeşkiana məktub göndərdi

Prezidentdən bu universitetlə bağlı sərəncam

Bundan sonra da geriyə heç bir addım olmayacaq - Əliyev

Təcili: JF-17 qırıcısı Azərbaycan səmasında - Video

İlham Əliyev Cəmşid Xocayevi qəbul etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla