Yuxarı

Ermənistandan tələb: Həll olunmamış bir məsələ qalıb!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Ermənistan hökumətindən və məlum revanşist dairələrdən təhlükəli yoldan əl çəkməyi tələb edirik.

Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd olunub ki, bəzi xarici qüvvələrin təhriki ilə Ermənistandakı revanşist qüvvələr və erməni diasporu “Dağlıq Qarabağ məsələsi”nin guya həll edilmədiyinə, hələ də açıq qaldığına dair kampaniyalarını intensivləşdiriblər.

Bəyanatda bu yanaşmanın, eləcə də Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünə təhdid törədən həmin elementlərə qarşı hərəkətsizliyi, sürətlə silahlanması, konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmaqdan imtina etməsinin ciddi narahatlıq doğurduğu bildirilib.

"Bu baxımdan, qətiyyətlə xatırlatmaq istəyirik ki, “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini birdəfəlik bərpa edib və bu, əbədidir və dönməzdir. Əslində, həll olunmamış məsələ Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri qayıtmalarıdır. Hələ açıq qalan məsələ məhz Qərbi Azərbaycana qayıdış məsələsidir. Qərbi Azərbaycan İcması bu yolda öz səylərini ardıcıl şəkildə davam etdirəcək", - bəyanatda vurğulanıb.

Tarix
2024.09.23 / 19:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak etdi - Foto

Qazaxıstanın müdafiə naziri Bakıda

Prezident: Bu ilin sonuna qədər 19 milyard xərclənəcək

Bakının istədiyi bütün silahları… - İtaliya

Faşist Almaniyası cəzalandırıldı, faşist Ermənistan isə…

Mehriban Əliyeva Bakıda 120 yaşlı məsciddə - Foto

Böyük xarici təzyiq altında, cəmi bir neçə saata… - Prezident

Bayramov BMT Baş Assambleyasının iclasında iştirak etdi

Gürcüstanda hərbçilərin komanda təlimi başladı - Foto

MM-in İntizam və Hesablayıcı komissiyaları formalaşdırıldı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla