Yuxarı

Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 23-də Bakının Xətai rayonundakı “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib.

Axar.az xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və COP29 könüllülərinin qatıldığı aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.

Qeyd edək ki, “Gənclik” parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınıb. Ərazisi 43 hektar olan parkda yaşıllıq zolaqları ilə yanaşı, əyləncə və istirahət sahələri yaradılıb.

Xatırladaq ki, 2019-cu il noyabrın 11-də “Gənclik” parkı yeni salınarkən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak etmişlər. Dövlətimizin başçısı bir zamanlar baxımsız olan bu ərazidə abadlaşdırma işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlar vermişdi.

2021-ci il avqustun 26-da istifadəyə verilən “Gənclik” parkı insanların rahat istirahət ünvanı olmaqla yanaşı, eyni zamanda, paytaxtın ekoloji mühitinə öz töhfəsini verir.

Onu da qeyd edək ki, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Fond ölkəmizdə yeni yaşıllıqların salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə müxtəlif layihələr icra edir. “Gənclik” parkı ərazisindəki budəfəki ağacəkmə aksiyası isə ekoloji tarazlığa daha bir töhfə olub.

Tarix
2024.09.23 / 20:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov BMT Baş Assambleyasının iclasında iştirak etdi

Rusiya və Azərbaycan arasında kritik görüş

Ermənistan və Almaniya arasında məsləhətləşmə aparıldı

Əliyevin sərhəd tapşırığı: Zəngəzurda nələr ola bilər?

Qazaxıstanın müdafiə naziri Bakıda

Prezident: Bu ilin sonuna qədər 19 milyard xərclənəcək

Bakının istədiyi bütün silahları… - İtaliya

Faşist Almaniyası cəzalandırıldı, faşist Ermənistan isə…

Mehriban Əliyeva Bakıda 120 yaşlı məsciddə - Foto

Böyük xarici təzyiq altında, cəmi bir neçə saata… - Prezident

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla