Yuxarı

Minimum əmək haqqı və pensiyalar nə qədər artacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ildən minimum əmək haqqı və minimum pensiya yenə də artırılacaq.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, artıq bu istiqamətdə hökumətdə müzakirələr gedir.

"Gözlənilir ki, noyabr ayının 1-dək Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi tərəfindən minimum maaş və eləcə də, minimum pensiyanın artırılması ilə bağlı təkliflər təqdim olunacaq.

Büdcə paketi çərçivəsində həmin təkliflərin müzakirə olunması və növbəti ildən etibarən minimum əmək haqqı və minimum pensiyanın artırılacağı gözlənir. Biz bu istiqamətləri təkliflərdə təqdim etmişik, minimum pensiya, minimum əmək haqqı sonucu dəfə 2023-cü ilin yanvar ayında artırılıb.

Ona görə biz təklif edirik ki, keçən iki il ərzində həm ölkə üzrə nominal orta aylıq əmək haqqı, eləcə də inflyasiya səviyyəsi - hər iki indikator nəzərə alınmaqla minimum əmək haqqı və minimum pensiyada artım həyata keçirilsin. Biz minimum əmək haqqı və minimum pensiyada ikirəqəmli artımın olmasını təklif edirik. Təbii ki, müzakirələrin əsasında konkret rəqəm bəlli olacaq.

İlkin gözlənti ondan ibarətdir ki, artımlara növbəti ildən etibarən start veriləcək və bu, əmək pensiyası alan və minimum əmək haqqı alan bütün vətəndaşlarımızı əhatə edəcək", - deyə o bildirib.

Tarix
2024.09.23 / 20:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin sərhəd tapşırığı: Zəngəzurda nələr ola bilər?

Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak etdi - Foto

Qazaxıstanın müdafiə naziri Bakıda

Prezident: Bu ilin sonuna qədər 19 milyard xərclənəcək

Bakının istədiyi bütün silahları… - İtaliya

Faşist Almaniyası cəzalandırıldı, faşist Ermənistan isə…

Mehriban Əliyeva Bakıda 120 yaşlı məsciddə - Foto

Böyük xarici təzyiq altında, cəmi bir neçə saata… - Prezident

Bayramov BMT Baş Assambleyasının iclasında iştirak etdi

Gürcüstanda hərbçilərin komanda təlimi başladı - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla