Yuxarı

İranda sənaye şəhərciyində güclü partlayış: 30 yaralı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda sənaye şəhərciyində güclü partlayış: 30 yaralı - Video

2024.09.23 20:02

Sentyabrın 23-də İranın Simnan əyalətinin Gərmsar şəhərinin Fəcr sənaye şəhərciyində 3 güclü partlayış və yanğın olub.

Axar.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, üstündən bir gün keçməsinə baxmayaraq, yanğının tam söndürülməsi mümkün olmayıb.

İran Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, 30 işçi müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Partlayışlar nəticəsində bir neçə nəfərin həlak olduğu bildirilsə də, bu, rəsmi şəkildə təsdiq olunmayıb.

Qeyd edək ki, İRNA agentliyi partlayışların paytaxt Tehrandan 100 km aralıda yerləşən Kosmik Tədqiqatlar Mərkəzində baş verdiyini yazmışdı.

Tarix
2024.09.24 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Heydər Əliyevlə bağlı video paylaşdı

Xatirimizdədir, sevgi ilə anırıq - Mehriban Əliyeva

Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi... - Prezident

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan XİN-dən Heydər Əliyevlə bağlı paylaşım

Prezidentdən Şükürbəyli səfəri ilə bağlı - Video

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Toyunun ildönümünə Prezidentdən hədiyyə - Video

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

Sərvətimizi talayıb, torpağımızı bərbad ediblər - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla