Yuxarı

Fransanın “Hərbi Xaç” ordenini 2 dəfə alan Abdullayev...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransanın “Hərbi Xaç” ordenini 2 dəfə alan Abdullayev...

Azərbaycan İkinci Dünya müharibəsində bir çox istiqamətdə iştirak edib. İnsan faktorundan tutmuş texnika, təbii sərvətlər, qızıl, gümüş, pul, ərzaq, geyim və sairələr ilə Sovet dövlətinin faşizm üzərində qələbəsinə misilsiz töhfə verib.

Azərbaycanda 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 11 milli qvardiya yaradıldı. 170 mindən çox əsgər və zabitimiz SSRİ-nin müxtəlif orden və medalı ilə təltif olunub.

Azərbaycanlılardan ibarət yaradılmış milli deviziyalar Qafqazdan Berlinədək gediblər, Moskvanın, Leninqradın, eləcə də yüzlərlə şəhər və kəndin, Polşanın, Fransanın, Yunanıstanın, Çexiyanln və digər ölkələrin azad olunmasında iştirak ediblər. Bunu rəsmi sənədlər də təsdiq edir.

Müharibədə iştirak edib ölən azərbaycanlıların sayı 200 min göstərilir. 100 minə qədər də əsir düşüb, partizan hərəkatlarında iştirak ediblər. Onların böyük hissəsi legioner olub. 20 faizi isə partizan kimi başqa adlarla dəfn ediliblər. Yüzlərlə ad çəkmək olar ki, bu gün onların adı Sovetlər tərəfindən silinməyə çalışılmasına baxmayaraq, bu gün də xatırlanır. Belə adamlardan biri də Balakən rayonunun Maqamalar kəndində anadan olan Daniyal Abdul oğlu Abdullayevdir.

İkinci Dünya müharibəsi illərində baş çavuş hərbi rütbəsində olub və 84-cü atıcı alayın 3-cü batalyonunun 9-cu rotasının komandir köməkçisi vəzifəsini tutub. Brest qalasının ölməz qarnizonunun müdafiəçilərindən biri olub. Döyüş zamanı o, mövqe dəyişərkən papaqını bir dirəyin ucuna qoyaraq kənara çəkilib. Almanlar uzun müddət həmin papağı hədəf alaraq atəş açıblar, Daniyal isə bu vaxt digər tərəfdən keçərək düşmənə gözlənilməz zərbə vurub. O, bir alman tankını qumbara ilə məhv etdikdən saniyələr sonra başından ağır qəlpə yarası alaraq huşunu itirib. Almanlar onun sağ olduğunu görüb əsir götürüblər.

O, bir neçə konslagerdən keçib: Polşada — Byala-Podlyaska kəndi, Demblin və Edlind şəhərləri; Almaniyada — Noyqammer şəhəri yaxınlığındakı düşərgə. 1943-cü ildə qaçmağa müvəffəq olub və fransız partizanlarına qoşulub. Əvvəlcə sıravi döyüşçü kimi fəaliyyətə başlayıb, sonra rota komandiri vəzifəsinə qədər yüksəlib.

Partizan ləqəbi "Danil" olub. Daniyal Abdullayev alman hərbi eşalonlarının partladılması, körpülərin sıradan çıxarılması və faşist komendantlıqlarına qəfil hücumlar təşkil etməsi ilə tanınırdı. Onun rəhbərlik etdiyi bölmələr düşmənə göz açdırmırdı.

Xüsusi xidmətlərinə görə iki dəfə Fransa Respublikasının "Hərbi Xaç" ordeni ilə təltif edilib. Daniyal Abdullayevin bu ordeni iki dəfə alması onun iştirak etdiyi əməliyyatların nə dərəcədə həlledici və təhlükəli olduğunu göstərir. Eyni zamanda Fransanın "Müqavimət Hərəkatı" medalı və SSRİ-nin "İgidliyə görə" medalı və 1-ci dərəcəli "Vətən Müharibəsi" ordeni alan nadir əsgərlərdən biri olub.

Fransız arxivlərində qeyd olunur ki, Şarl de Qoll sovet partizanlarının şücaətini qeyd edərkən, "Azərbaycanlı Danil"in adını xüsusi vurğulayıb.

Müharibədən sonra Azərbaycana qayıtdıqda o, bir çox digər partizanlar kimi, əvvəlcə "əsir düşdüyü üçün" şübhə ilə qarşılansa da, sonradan onun qəhrəmanlığı rəsmən tanınıb. Fransada bu gün də arxivlərdə "Azərbaycanlı Danil"in alman komendantlıqlarını necə lərzəyə salması barədə qeydlər saxlanılır.

Daniyal Abdullayev 1968-ci ildə vəfat edib.

Tarix
2026.05.09 / 07:00
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla