Yuxarı

Hökumə Əliyevanın anasını duyğulandıran jest - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hökumə Əliyevanın anasını duyğulandıran jest - Video

Dünən Yaşıl Teatrda müğənni Rəvan Qarayevin ilk solo konserti baş tutub.

Kult.az Yenisabah.az-a istinadən xəbər verir ki, gecənin qonaqları arasında AZAL təyyarəsinin qəzasında həyatını itirən və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən Hökumə Əliyevanın anası Kəmalə xanım da olub.

Rəvan Qarayev səhnədən Kəmalə xanıma xüsusi salam göndərərək ona böyük hörmət və ehtiramını ifadə edib. Daha sonra sənətçi səhnədən aşağı enərək Kəmalə xanımın yanına gedib, onun əlindən öpüb.

Konsertin ən kövrək məqamlarından biri isə Rəvan Qarayevin Hökumə Əliyevanın hər kəsin yaddaşında qalan “Hər şey yaxşı olacaq” sözlərinə yazdırdığı mahnını səsləndirməsi olub.

Hökumənin anası Kəmalə xanım qızının səsi və xatirəsi ilə bağlı bu duyğulu ifanı dinləyərkən göz yaşlarına hakim ola bilməyib.

Tarix
2026.08.15 / 19:17
Müəllif
Kult.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla