Yuxarı

Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı

"Tanrının yaraqları 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir.

Kult.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi məlumat yayıb.

Bildirilib ki, xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasının Prezidentinin kino sahəsində müəyyən etdiyi siyasətin əsas istiqamətlərindən biridir. Dövlət başçısının 29 may 2025-ci ildə imzaladığı "Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında" Sərəncamın məqsədlərindən biri xarici film istehsalçılarını ölkəyə cəlb etmək idi. Bunun üçün müxtəlif üsulların, o cümlədən, xarici film istehsalçılarının çəkdikləri xərclərin bir hissəsinin geri ödənilməsini nəzərdə tutan "keş-rebeyt" mexanizminin tətbiqi nəzərdə tutulurdu.

Sərəncamdan irəli gələn məsələlərin həlli üçün aradan keçən bir il ərzində intensiv iş görülüb. Mədəniyyət Nazirliyi tərəfindən ölkədə film çəkilişlərini təşviq etmək məqsədilə yaradılan Azərbaycan Film Komissiyası ölkənin təqdim etdiyi yeni imkanları xarici film istehsalçılarına təbliğ edib. Görülən işlərin ilkin nəticələri artıq ortadadır.

"Tanrının yaraqları 4: Ultimatum" filminin Azərbaycan hissəsinin çəkilişlərinin uğurla keçməsində Mədəniyyət Nazirliyinin koordinatorluğu ilə müxtəlif dövlət orqanlarının - Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin və digər qurumların - ümumilikdə 26 rəsmi təşkilatın çəkiliş heyətinə dəstək məqsədilə birgə fəaliyyəti mühüm rol oynayıb.

Çəkiliş prosesinin rahat keçməsi və uğurla başa çatması Azərbaycanın digər beynəlxalq film istehsalı layihələr üçün də cəlbedici məkana çevrilməsini təmin edəcək. Bu isə beynəlxalq kino sənayesinin ölkəmizə diqqətini getdikcə artıracaq.

Qlobal layihələrin ölkəmizdə icra olunması yerli kino sənayesinin inkişafına da müsbət təsir göstərir. "Tanrının yaraqları 4: Ultimatum" filminin istehsalına 200-dən çox yerli mütəxəssis, onlarla yerli şirkət cəlb olunub. Bu cür fəaliyyət yerli kino mütəxəssislərinin təcrübə toplamasını və beynəlxalq əməkdaşlığı gücləndirməsini təmin edir.

Ölkədə qlobal blokbasterlərin çəkilməsi Azərbaycanın dünyada təbliği, o cümlədən, turizm imkanlarının genişləndirilməsi baxımından son dərəcə effektivdir. Film ekranlara çıxandan sonra Ceki Çanın bütün dünyada, xüsusilə cənub-şərqi Asiya ölkələrində olan onmilyonlarla fanatı Azərbaycanı yeni turizm ünvanı kimi kəşf etməyə həvəslənəcək.

"Tanrının yaraqları 4: Ultimatum" filminin Azərbaycan hissəsinin çəkilişləri başa çatandan sonra Ceki Çanın prosesə dəstək vermiş dövlət qurumlarının və şirkətlərin nümayəndələri ilə görüşü keçirilib. Aktyor verilən dəstəyə görə bütün qurumlara şəxsən təşəkkürünü bildirib və xatirə hədiyyələri təqdim edib.

Tarix
2026.08.17 / 16:03
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla