Yuxarı

Malikanəsini 5 milyona satır - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Malikanəsini 5 milyona satır - Foto

Məşhur müğənni Layma Vaykule Latviyada yerləşən dəbdəbəli malikanəsini satmağa çalışır.

Kult.az Axşam.az-a istinadla xəbər verir ki, bu haqda “Mash” məlumat yayıb. Bildirilib ki, sənətçi daşınmaz əmlakın qiymətini 4,8 milyon avroya endirib. Təcili satış halında isə daha 800 min avro güzəşt etməyə hazırdır.

Məlumata əsasən, Layma Vaykulenin Lielupe kimi prestijli ərazidə yerləşən malikanəsi təxminən 2010-cu illərin əvvəllərindən satışdadır. Müğənni əvvəlcə ev üçün 5 milyon avro tələb edib. Hazırda isə qiyməti təxminən 4 milyon avroya qədər endirməyi müzakirə etməyə hazır olduğu bildirilir.

İllər ərzində malikanəyə baxış keçirənlər olsa da, uyğun alıcı tapılmayıb. Rieltorlar potensial müştəriləri yoxlayır və əsasən Rusiya vətəndaşlığı olmayan şəxslərə üstünlük verirlər. Həmçinin rusdilli potensial alıcılardan siyasi açıqlamalardan çəkinmələri istənilir.

İddialara görə, Rusiya vətəndaşları üçün də istisna etmək mümkündür, lakin bu halda qiymətə əlavə 1 milyon avro qoyulur.

Təxminən 500 kvadratmetr sahəsi olan malikanədə hovuz, panoram zalı, geniş qonaq otağı, təbii materiallardan hazırlanmış mebellər və piano var. Həyətyanı sahə heykəllər və güllərlə bəzədilib. Evə köçmək isə dərhal mümkün deyil. Malikanənin boşaldılması üçün bir aydan çox vaxt tələb olunur.

Layma bundan əvvəl Latviyada mənzillərindən birini də satdığı bildirilir. Müğənni Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın hərəkətlərini açıq şəkildə pisləyib və Ukrayna Silahlı Qüvvələrinə dəstəyini ifadə edib.

Tarix
2026.08.12 / 16:10
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla