Yuxarı

Eminin ölümünə səbəb olan o qadın... - Baldızı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eminin ölümünə səbəb olan o qadın... - Baldızı

Xəbər verdiyimiz kimi, bloger Pərvin Səfiyarovanın həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib.

Kult.az Axşam.az-a istinadla xəbər verir ki, Pərvinin bacısı, keçmiş vizajist Nərmin İbrahimova Eminin ölümü ilə bağlı bəzi məqamları açıqlayıb. N.İbrahimova bildirib ki, Eminin bir müddət əvvəl ağır yol qəzası keçirməsi onun səhhətinə ciddi təsir edib.

Onun sözlərinə görə, qəza zamanı Eminin avtomobili ciddi şəkildə əzilib və o, ağır xəsarətlər alıb:

“Yazmamışam ki, Emin stresdən tromboemboliya olub. Emin ağır yol qəzası keçirmişdi, bədəni çox bərk əzilmişdi, hər yeri gömgöy idi. Tromboemboliya qəzadan sonra yaranıb. Yəni söhbət sadəcə stresdən və qorxudan getmir, qəzanın özü və aldığı ağır xəsarətlərdən sonra yaranıb”.

O qeyd edib ki, qəza təxminən üç ay əvvəl baş verib. N.İbrahimovanın sözlərinə görə, avtomobil sürməyi öyrənən bir qadın təlimçisi ilə birlikdə əsas yola çıxıb və həmin vaxt qəfil Eminin qarşısına çıxaraq onun avtomobilinin aşmasına səbəb olub:

“Eminin maşını demək olar ki, konserva kimi əzilmişdi. Biz o gün yalnız bir şeyə şükür etdik – Eminin o maşından sağ çıxmasına. Amma sən demə, o qəza onun həyatını üç ay sonra əlindən alacaqmış. Maşın sürə bilmirsinizsə, xahiş edirəm, sürməyin. Camaatın həyatını təhlükəyə atmayın, bir ailənin ocağını söndürməyin”.

Qəza törədən qadına səslənən Nərmin "Bu qadının bizə yaşatdığı bu böyük acıya, iki balanı atasız, cavan bir qadını isə ərsiz qoyduğuna görə nə bu dünyada, nə də o biri dünyada haqqımızı halal etmirik" sözlərini əlavə edib.

N.İbrahimova bildirib ki, həkimlərin son diaqnozu tromboemboliya olub. Onun sözlərinə görə, Emin qəfil dünyasını dəyişib, ürəyi və ciyərləri dayanıb.

Qeyd edək ki, Emin Səfiyarov aparıcı Turan İbrahimovun bacanağıdır. Onun anası Almaz Həşimova 1984-cü ildən Füzuli şəhərindəki M.Xəzani adına musiqi təmayüllü orta internat məktəbinə rəhbərlik edir.

Tarix
2026.08.10 / 16:47
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

İlham Əliyev Pezeşkiana təşəkkür etdi

Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla