Yuxarı

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə paylaşım edib.

Axar.az APA-ya istinadən xəbər verir ki, Viktor Yuşenko bu barədə sosial şəbəkə hesabında bildirib.

O, Prezident İlham Əliyevlə son dərəcə səmimi və məzmunlu görüş keçirdiyini qeyd edib. Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev də iştirak edib.

Yuşenko Azərbaycanla dostluğunun tarixindən danışaraq bunun 1989-cu ildə Naxçıvanda Ulu Öndər Heydər Əliyevlə tanışlığı və dostluq münasibətlərinin qurulması ilə başladığını bildirib.

“Prezident İlham Əliyevlə isə bizi artıq 20 ildən çoxdur şəxsi dostluq və Ukrayna-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi naminə birgə fəaliyyət bağlayır”, – Yuşenko qeyd edib.

Ukraynanın sabiq prezidenti xatırladıb ki, bu əməkdaşlığın mühüm nəticələrindən biri iki ölkə arasında strateji tərəfdaşlığın rəsmiləşdirilməsi olub. Onun sözlərinə görə, 22 may 2008-ci ildə Prezident İlham Əliyevin Kiyevə rəsmi səfəri zamanı Ukrayna ilə Azərbaycan arasında Dostluq və Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.

“Bu sənəd ikitərəfli münasibətlərimizin strateji xarakterini müəyyənləşdirdi və onların gələcək inkişafı üçün möhkəm zəmin yaratdı”, – Yuşenko vurğulayıb.

O bildirib ki, keçirilən görüşdə iki ölkənin bu günü və gələcəyi, ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də tərəflərin komandalarının üzərində işləməyə davam edəcəyi konkret layihələr müzakirə olunub.

Yuşenko, həmçinin Ukraynaya göstərilən ardıcıl dəstəyə, humanitar yardıma, ukraynalı uşaqlara göstərilən qayğıya, ölkəsinin suverenliyi və ərazi bütövlüyünə dəyişməz hörmətə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.

Ukraynanın sabiq prezidenti Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlığın, qarşılıqlı etimad və hörmətin bundan sonra da mühüm birgə layihələrdə öz əksini tapacağına əminliyini ifadə edib.

Tarix
2026.08.18 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla