Yuxarı

Çingiz Əlioğlu dəfn olundu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çingiz Əlioğlu dəfn olundu

10:05

Əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu ilə Təzəpir məscidində vida mərasimi keçirilib.

Kult.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyət, mərhum şairin ailə üzvləri və media mənsubları iştirak ediblər.

Mərasimdə çıxış edənlər Çingiz Əlioğlunun ədəbi və ictimai fəaliyyətinə toxunublar.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov onun yarım əsrlik ədəbi fəaliyyətini ciddi araşdırma mənbəyi olacağını qeyd edib.

Xalq yazıçısı Anar Çingiz Əlioğlu ilə möhkəm dostluq münasibətlərinin olduğunu bildirib. O, Çingiz Əlioğlunun vəfatını Azərbaycan ədəbiyyatı üçün böyük itki adlandırıb.

Yazıçı Seyran Səxavət isə çıxışında Çingiz Əlioğlunun unikal poetik düşüncəyə malik olduğunu ifadə edib.

Yekunda çıxış edən mərhumun oğlu, kinoprodüser və rejissor Orman Əliyev mərasim iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu dünən səhər saatlarında vəfat edib. O, Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.

***

Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunub.

Mərhumla əvvəlcə Təzəpir məscidində vida mərasimi keçirilib.

Mərasimin ardınca cənazə Qurd qapısı qəbiristanlığına aparılaraq dəfn edilib.

Tarix
2026.08.10 / 13:02
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla