Yuxarı

Ukrayna Rusiyanın hücumlarının qarşısını bunun hesabına alır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Rusiyanın hücumlarının qarşısını bunun hesabına alır

Rusiya ordusu hazırda bir kütləvi hücum zamanı Kiyevə 20-dən 36-ya qədər ballistik raket buraxa bilir. Eyni zamanda, Ukraynanın qabaqlayıcı tədbirlər görmək, yəni düşmənin ballistik raketlərin buraxılması üçün yerləşdirdiyi buraxılış qurğularını məhv etmək təcrübəsi də var.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Anatoli Xrapçinski bildirib.

Onun sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri artıq rusların ballistik raketlərlə kütləvi hücumlarının qarşısını almaq təcrübəsinə malikdir. Rus ordusu daha əvvəl Ukrayna sərhədinin yaxınlığında yerləşdirdiyi buraxılış qurğularından hücum planlaşdırarkən, Ukrayna tərəfi bu hücumları poza bilib.

“Əlimizdə olan Qərb silahları arasında buraxılış qurğularının yerləşdirilməsi zamanı onların mövqelərinə operativ zərbələr endirmək üçün istifadə edə biləcəyimiz vasitələr ATACMS raketləri və radiolokasiya əleyhinə raketlər olan HARM-88-lərdir”, - ekspert vurğulayıb.

Ekspert qeyd edib ki, Ukrayna məhz bu raketlərdən istifadə edə bilər. Çünki həmin silahların hədəfə çatma müddəti düşmənin buraxılış qurğularını yerləşdirdiyi əraziyə zərbə endirməyə imkan verir.

O, həmçinin rusların hədəfinin koordinatlarını müəyyənləşdirməyə və həmin obyekti məhv etməyə imkan verən operativ kəşfiyyat məlumatlarının əldə edilməsinin vacibliyini vurğulayıb.

Tarix
2026.09.23 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla