Yuxarı

Azərbaycanlı sənətçinin Rusiyaya girişinə qadağa qoyuldu

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı sənətçinin Rusiyaya girişinə qadağa qoyuldu

Sənətçi Sərxan Kərəmoğlunun Rusiyaya girişinə 2 aylıq qadağa qoyulub.

Axar.az xəbər verir ki, sənətçinin özü məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, girişinə qoyulan məhdudiyyətin yanlışlıqla tətbiq edildiyini düşündüyünü qeyd edib:

“Son 2 ay Rusiya Federasiyasına girişim imkansızdır. Vəkillər məşğul olur artıq. Mənə yanlışlıqla STOP qoyulmağının fərqindəyəm. Ancaq bunu sübut etməyə zaman lazımdır”.

Sənətçi Rusiyada toy mərasimlərini idarə etmək üçün söz verdiyi şəxslərdən də üzr istəyib. O, yaranmış vəziyyətə görə toylarla bağlı öhdəliklərini yerinə yetirməsinin çətinləşdiyini açıqlayıb:

“Toylarını idarə etmək üçün söz verdiklərim məni üzrlü hesab etsinlər. Hər kəslə tək-tək danışıb çıxış yolu taparıq, inanıram. İndi bir az çətindir mənə, adaptasiya olmağa çalışıram”.

Tarix
2026.09.23 / 01:19
Müəllif
Axar.az
Digər xəbərlər

Dublində Əliyevlə Paşinyanın görüşü gözlənilir

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla