Yuxarı

Skolari milliyə çağırmadı, narkotikə başladım - Jardel

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Skolari milliyə çağırmadı, narkotikə başladım - Jardel

2002-ci ildə keçirilən futbol üzrə dünya çempionatına çağrılmadığım üçün depresiyaya düşdüm və narkotik istifadə etməyə başladım.

Axar.az xəbər verir ki, bunu “Qalatasaray”ın sabiq futbolçusu Mario Jardel deyib.

“Bu gün də bilmirəm ki, Skolari (Braziliya millisinin sabiq baş məşqçisi – red) məni niyə 2002-ci ildə keçirilən Dünya Çempionatına aparmadı. Heç kim mənə heç bir izahat vermədi. 90-cı illərin sonu və 2000-ci illərin əvvəllərində mən dünyanın ən yaxşı 5 hücumçusundan biri idim. "Portu"da 4 il ərzində keçirdiyim 175 oyunda 168 qol vurmuşdum. Dünya çempionatından əvvəlki mövsümdə "Sportinq Lissabon"un heyətində 42 oyunda 55 qol vurdum və ikinci "Qızıl buts" mükafatını qazandım. Bilirəm ki, Braziliya yığması fövqəladə oyunçularla dolu idi, amma mən də komandaya çağırılmağa layiq idim. Depressiyaya düşdüm və içkiyə başladım. Dünya Çempionatında oynamaq həyatımın ən böyük arzusu idi. İlk həyat yoldaşım məni tərk etdi, uşaqlarımın qəyyumluğu ilə bağlı problemlər yaşadım. Hər şeyin əlimdən çıxdığını hiss edirdim, amma ən pisi hələ qabaqda idi”, - sabiq futbolçu vurğulayıb.

Jardel qeyd edib ki, 2003-cü ilin yayında narkotik istifadə etməyə başlayıb:

"İstirahətə yollanmışdım, dopinq nəzarəti olmadığı üçün narkotikdən rahat şəkildə istifadə edəcəyimiz bilirdim. Bu, mənə sanki yenidən yaşadığımı hiss etdirirdi. Bir dəfə düz 1 həftə yatmadım. Sonra həddindən artıq doza qəbul etdim və ölümə çox yaxınlaşdım. Yanımda olan bir dostum həyatımı xilas etdi. Bax, o an mən tamamilə dibə vurdum. İkinci həyat yoldaşım Sandra ilə tanış olandan sonra bu problemlərdən xilas oldum. O, mənə həyatın mənasını göstərdi. Bu gün mən xoşbəxtəm”.

Tarix
2026.11.12 / 18:06
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla