Yuxarı

General qızının 3 ay öncəki davası - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
General qızının 3 ay öncəki davası - Video

Xəbər verdiyimiz kimi, mediator Türkər Əliyeva Sumqayıt şəhər Prokurorluğunda başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və hakim qarşısına çıxarılıb.

Axar.az xəbər verir ki, Türkər Əliyevanın adı bu ilin avqust ayında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları ilə qalmaqalda hallanmışdı. Həmin vaxt Türkər Əliyeva idarədə sənədi cıraraq, əməkdaşın üzünə çıprmaqla gündəmə gəlmişdi. Hətta vəziyyəti dramatikləşdirmək üçün hadisə “üzərində dövlət gerbi olan rəsmi sənədi cırdı” kimi təqdim edilmişdi.

Qazi olduğunu bildirən şəxsin ona sərt şəkildə etirazını bildirməsi və aralarında yaranan mübahisə də general qızının əleyhinə işləmişdi.

Sonradan T.Əliyeva müraciət yayaraq, məsələ ilə bağlı öz mövqeyini təqdim etmişdi. Açıqlamasında bildirmişdi ki, idarənin Orxan Əlizadə adlı əməkdaşı onu verilən sənədi imzalamağa məcbur edib. Lakin o, sənədi oxumadan imzalamaq istəməyib və oxuyub, məlum olub ki, bu, verilən sənədlərdən imtina ərizəsidir. Buna görə də onu imzalamaqdan imtina edib və sənədi cırıb.

Türkər Əliyeva idarənin başqa bir əməkdaşının da onu təhqir etdiyini, özünü Qarabağ qazisi kimi təqdim edən şəxsin isə hücumuna məruz qaldığını da bildirmişdi.

Mübahisə zamanı T.Əliyevanın idarənin rəisi Fuad İbrahimovla görüş tələbi nəticəsiz qalmışdı.

İnsidentdən cəmi 17 gün sonra - avqust ayının 29-da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrahimov tutduğu vəzifədən azad edilmişdi.

Türkər Əliyeva Fuad İbrahimovu və idarənin əməkdaşı Orxan Əlizadəni məhkəməyə vermişdi. Vəkil Hikmət Əliyev Türkər Əliyevanın keçmiş rəis və əməkdaş tərəfindən qanunsuzluq və təhqirlərə məruz qaldığını və buna görə də hər iki şəxsin Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə xüsusi ittiham qaydasında Abşeron Rayon Məhkəməsinə verildiyini bildirmişdi.

Keçmiş idarə rəisi də Türkər Əliyevanı xüsusi ittiham qaydasında Abşeron Rayon Məhkəməsinə verib.

Zəruri olaraq xatırladaq ki, həmin qalmaqal da əmlakla bağlı sənədlərə görə idi.

Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyinin keçmiş idarə rəisi, general-mayor Natiq Əliyevin qızıdır. Ona qarşı hazırkı iddia qaldıran isə ANAMA-nın rəis müavini general-mayor Ceyhun Rzayevdir.

Məlumata görə, iş üzrə dəyən zərərin məbləği 100 min manatdan artıqdır. Bildirilib ki, Türkər Əliyeva alqı-satqı zamanı qanunsuz hərəkətlərə yol verib.

T.Əliyevanın vəkili ittihamları qəbul etməyib və işin “mülki iş” olduğunu bildirib.

Tarix
2026.11.12 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla