Yuxarı

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Dublində keçirilən Avropa Siyasi Birliyi sammitindəki işimə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlə başladım.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı yazıb.

“Ölkələrimiz arasında münasibətlər inkişaf edir və biz əməkdaşlıq üçün prioritet sahələri müzakirə etdik. Bunların arasında ən başlıcası "Dron Deal"la (Ukraynanın dron və antidron sistemlərinin ixracı, ortaq istehsalı, texnologiya transferi və döyüş təcrübəsi mübadiləsi üzrə hökumətlərarası əməkdaşlıq modeli) bağlı müqavilələr artıq imzalanıb və biz sifarişlərin həcminin artırılması üzərində işləyirik. Həmçinin, Azərbaycan bizneslərinin Ukraynadakı fəaliyyəti məsələsinə də toxunduq. Biz bu şirkətlərin ölkəmizdə qalmasını və Rusiyanın mənfur hücumları qarşısında belə xalqımızın rifahı naminə fəaliyyətlərini davam etdirmələrini yüksək qiymətləndiririk”, - Zelenski bildirib.

Zelenski İlham Əliyevlə Ukraynadakı vəziyyət, eləcə də Rusiyanın fasiləsiz hücumları səbəbindən enerji və nəqliyyat sektorlarının üzləşdiyi çətinlikləri ətraflı müzakirə etdiklərini də qeyd edib:

“İndiyədək göstərilən dəstəyə görə minnətdarlığımı bildirdim. Həmçinin, Azərbaycanın qarşıdan gələn qış mövsümü ərəfəsində Ukraynanın kritik infrastrukturu və logistikasına dəstək göstərmək imkanı tapması bizi məmnun edərdi. Biz müvafiq komandalarımıza bu istiqamətdə işləmək tapşırığı verdik. Təşəkkür edirəm!”

Tarix
2026.11.12 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla