Yuxarı

Almaniya Rusiya hücumuna hazırlaşır: 1000 səhifəlik plan...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya Rusiya hücumuna hazırlaşır: 1000 səhifəlik plan...

Ukraynaya genişmiqyaslı müdaxilədən qorxuya düşən Almaniya hərbi dairələri hələ 2024-cü ildə Rusiyanın Şərqi Avropaya növbəti mümkün hücumuna qarşı 1000 səhifəlik fəaliyyət planı hazırlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, Almaniyanın 16 federal əyalətinin yüksək vəzifəli şəxsləri qeyri-rəsmi olaraq "Oplan" adlandırılan bu məxfi sənədə giriş hüququ verilən azsaylı hökumət məmurları arasındadır.

Bildirilir ki, kansler Fridrix Merzin rəhbərlik etdiyi Almaniya federal hökuməti hazırda bu giriş hüququnu məhdudlaşdırmağa hazırlaşır. Belə ki, bu, Saksoniya-Anhalt əyalətində seçkilərdə qalib gələn, Moskvaya simpatiyası ilə seçilən ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının plana çıxışının qarşısını almaq üçün edilir.

Məqalədə izah olunur ki, AfD bu payız Saksoniya-Anhaltda hakimiyyəti ələ keçirmək üçün koalisiya hökuməti yaratmağa çalışır.

Müzakirələrlə tanış olan üç yüksək vəzifəli məmurun sözlərinə görə, hərbi liderlər sağçıların uğurlu olacağı təqdirdə planı Rusiyaya sızdıra biləcəyindən qorxurlar.

Tarix
2026.09.23 / 08:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla