Yuxarı

Bolqarıstanda səsvermə başa çatdı - İkinci tur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bolqarıstanda səsvermə başa çatdı - İkinci tur

10:36

Bolqarıstanda prezident seçkilərinin ikinci turu başlayıb.

Axar.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə saat 9:00) başlayıb.

Ölkədə 12 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir.

İkinci turda prezidentlik uğrunda İliyana Yotova və Andrey Qyurov mübarizə aparırlar.

Səsvermənin ilk qeyri-rəsmi nəticələri saat 20:00-da, seçki məntəqələri bağlandıqda məlum olacaq. Rəsmi nəticələr 4 noyabrdan gec olmayaraq açıqlanacaq.

***

İkinci tur üzrə səsvermə başa çatıb.

Yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) seçki məntəqələri bağlanıb.

Ekzit-poll nəticələrinə əsasən, hazırkı prezident İliyana Yotova rəqibi üzərində qələbə qazanır.

Bolqarıstan Milli Televiziyasının efirində açıqlanan ilkin nəticələrə görə, seçicilərin təxminən 51 faizi Yotovaya səs verib. Onun rəqibi, müxalifətin dəstəklədiyi keçmiş müvəqqəti hökumət başçısı Andrey Gürovu isə seçicilərin 44,6 faizi dəstəkləyib.

Seçkilərdə seçici fəallığı təxminən 26,8 faiz təşkil edib.

Qeyd edək ki, seçkilərin yekun nəticələri hələ müəyyənləşdirilməyib.

Xatırladaq ki, 25 oktyabrda baş tutan seçkilərin birinci turunda hazırki Pezident İliyana Yotova və onun əsas rəqibi, müxalifət tərəfindən dəstəklənən texniki hökumətin keçmiş baş naziri Andrey Qyurov heç biri lazım olan səsi toplaya bilməmişdi.

Tarix
2026.11.01 / 23:00
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla