Yuxarı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov cibutili həmkarı Abdulqadir Hüseyn Omarla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) X sosial şəbəkə səhifəsində məlumat paylaşıb.

Tərəflər Azərbaycan-Cibuti münasibətlərinin hazırkı vəziyyətini və perspektivlərini nəzərdən keçirib, yüksək səviyyəli təmasların və siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə mövcud imkanlardan səmərəli istifadə etməklə ticarət, iqtisadiyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib.

BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) və digər çoxtərəfli platformalarda koordinasiya və qarşılıqlı dəstək məsələləri də müzakirə olunub.

Azərbaycanın 2027-ci ildə İƏT Sammitinə ev sahibliyi etmək üçün hazırlıqları və qarşıdakı İƏT sədrliyi də görüşün gündəliyində yer alıb.

Nazirlər, həmçinin Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətinin inkişafını müzakirə edib, gərginliyin azaldılmasının və vəziyyətin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Tarix
2026.09.22 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla