Yuxarı

Ömər Baba prokurorluqda: Filmdəki ölüm səhnəsi...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ömər Baba prokurorluqda: Filmdəki ölüm səhnəsi...

Türkiyənin məşhur “Qurdlar Vadisi” serialında Ömər Baba obrazı ilə yadda qalan aktyor Emin Olcay prokurorluqda ifadə verib.

Kult.az Musavat.com-a istinadla xəbər verir ki, aktyor keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında müəmmalı ölümü ilə bağlı aparılan istintaq çərçivəsində “məlumat sahibi” qismində dindirilib. Emin Olcay Silivri Ədliyyəsinə gələrək prokurorluqda ifadə verib. Onun ədliyyəyə gəlişinin görüntüləri də yayılıb. Aktyor istintaqda şübhəli şəxs statusunda deyil.

Araşdırmanın diqqətçəkən məqamlarından biri “Qurdlar Vadisi Pusu” serialında Kozinoğlunun ölümü ilə oxşarlıq təşkil edən səhnələrdir. 10 noyabr 2011-ci ildə yayımlanan 136-cı bölümdə Kaşif Kozinoğluna bənzədilən Kazım Kaşifoğlu obrazı həbsxanada saxlanılıb, daha sonra isə öldürülüb.

Cəmi iki gün sonra, noyabrın 12-də Kaşif Kozinoğlu Silivri həbsxanasında dünyasını dəyişib. Dekabrın 8-də yayımlanan 139-cu bölümdə isə Kazım Kaşifoğlu obrazının şprislə öldürülməsi səhnəsi nümayiş etdirilib.

İstintaq çərçivəsində serialın ssenaristləri Raci Şaşmaz, Bahadur Özdənər və Cüneyt Aysan da daha əvvəl “məlumat sahibi” qismində ifadə veriblər. Kazım Kaşifoğlu obrazını canlandıran Sədat Savtakın da ifadəyə çağırıldığı bildirilir.

Prokurorluq serialdakı həmin səhnələrin hazırlanması, ssenaridə istifadə edilən məlumatların mənbəyi və bunların Kozinoğlunun ölümü ilə mümkün əlaqəsini araşdırır.

Emin Olcay ifadədən sonra jurnalistlərə açıqlamasında “İgidlərimizin qanı yerdə qalmaz” deyib.

Tarix
2026.09.23 / 00:01
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla