Yuxarı

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Ermənistan 2020-ci il kapitulyasiyasından uzaqlaşdıqca ölkənin siyasətində bir məqamı açıq şəkildə ortaya qoyan meyillər güclənir: İrəvan kapitulyasiya nəticəsində üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Vesti.az”a deyib.

“Hətta indi də orada bunun kapitulyasiya deyil, atəşkəs haqqında saziş olduğunu sübut etməyə çalışırlar. Amma bütün bunlar, əlbəttə ki, cəfəngiyatdır. Niyə? Çünki İrəvan əsas şərti yerinə yetirib: noyabrın 10-da əldə olunmuş razılaşmaların icrası çərçivəsində məlum rayonları boşaldıb. Həmin rayonların ümumi ərazisi Azərbaycan Ordusunun döyüşlər zamanı azad etdiyi ərazilərdən daha böyükdür. Bundan əlavə, Ermənistana qalan hərbi texnikasını çıxarmaq imkanı da verildi. Yəni bu, hərbi-texniki tədbirlərin həyata keçirilməsinin klassik nümunəsidir, bu zaman uduzan tərəf qalibin tələblərini yerinə yetirir. Bu isə kapitulyasiya adlanır.

Ermənistan siyasi müstəvidə Azərbaycan əleyhinə ərazi iddialarını ehtiva edən müddəaları Konstitusiyasından və parlamentin bir sıra qərarından çıxarmaq istəmir. Üstəlik, bu gün Almatı bəyannaməsindən danışarkən, onun parlament tərəfindən təsdiqi çərçivəsində qəbul edilmiş dəyişiklikləri ləğv etmək istəmir. Onlar bunu belə istəmirlər. Biz bu qərarlardan uzaqlaşmaq istəyi görürük. Paşinyan sülhdən çox danışır, amma bu və ya digər şəkildə öhdəliklərindən geri çəkilməyə cəhd edir. Açıq desək, bu, çox təhlükəli bir yoldur. Konfrontasiya yolunun seçilməsi, mahiyyət etibarilə, yalnız bir məna daşıyır: qarşıdurmanın davam etdirilməsi. Münaqişə artıq hərbi sahədən digər - hüquqi, ideoloji, təbliğat və s. sahələrə keçib. Bu o deməkdir ki, təcavüzkar siyasət elementləri Ermənistanın siyasi gündəliyində qalmaqdadır”, - o bildirib.

Tarix
2026.10.20 / 15:58
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla