Yuxarı

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Bəzi media orqanları və sosial şəbəkə hesablarında yayılan "Türkiyə bayrağının Azərbaycanda endirilməsinə cəhd" iddiaları dezinformasiyadır.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin X hesabında paylaşım edilib.

Bildirilib ki, sözügedən görüntülər köhnə tarixə aiddir:

"Görüntülərin çəkildiyi vaxt Türk bayrağına qarşı mənfi hərəkət etməyə çalışan təxribata Azərbaycan vətəndaşları tərəfindən ilk və ən sərt reaksiya verilib. Türk bayrağının endirilməsi kimi bir hadisə baş verməyib”, – paylaşımda qeyd olunub.

Mərkəz vurğulayıb ki, köhnə görüntülərin yeni hadisə kimi təqdim edilməsi və kontekstdən çıxarılaraq yayılması Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini hədəfə alır.

Bu cür manipulyasiyaya qarşı həssas və diqqətli olmaq barədə ictimaiyyətə çağırış edilib.

Tarix
2026.10.20 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

Türk dindarlar ərəb millətçiliyinə xidmət edir - Video

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla