19:50
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb.
Axar.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Du Keyros, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.
"Borussiya": Qreqor Kobel, Valdemar Anton, Niko Şlotterbek (k), Rami Bensebayni, Feliks Nmeça, Seru Qirassi, Karni Çukvuemeka, Fabio Silva, Daniel Svensson, Coui Verman, Yulian Ryuerson.
Qeyd edək ki, "Sabah" – "Borussiya" görüşü bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
***
Matç Bakı vaxtı ilə saat 20:45-də start götürüb.
***
Matçın 10-cu dəqiqəsində rəqib komanda hesabı açıb: 0 - 1
***
39-cu dəqiqədə "Sabah" hesabı bərabərləşdirib: 1 - 1
Eyden Makkarti adını tabloya yazdırıb.
***
"Dortmund" hesabda önə çıxıb: 1 - 2
53-cü dəqiqədə Seru Qirassi dublunu rəsmiləşdirib.
***
Matç komandamızın 1 - 2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirindəki növbəti görüşünü noyabrın 4-də, səfərdə Norveçin "Vikinq" klubuna qarşı keçirəcək.