Macar şirkətləri Azərbaycana 2 milyard dollar investisiya yatırdı
22:29
| Ana səhifə Gündəm |
|
Ermənistan müdafiə naziri Suren Papikyan Çexiyadan döyüş təyyarələrinin alınması barədə məlumatı təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.
Papikyan L-39 "Skyfox" qırıcısının görüntüsünü “Bu möcüzələr tezliklə Ermənistan səmasında uçacaq” sözləri ilə paylaşıb.
Ermənistan müdafiə naziri bu qırıcıların fonunda və döyüş təyyarələri ilə tanış olarkən çəkilən fotolarını isə “Ermənistan silahlı qüvvələrinin aviasiya tarixində ən əlamətdar günlərdən birinin fotoseriyası” adı ilə yayıb.
Qeyd edək ki, Suren Papikyan hazırda Çexiyadadır.
|
Tarix
2026.10.20 / 21:19
|
Müəllif
Axar.az
|