Yuxarı

"Qarabağ" və "Neftçi" cərimə edildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" və "Neftçi" cərimə edildi

Azərbaycan Premyer Liqasının VIII turunda baş verən qayda pozuntularına görə bir sıra klublara və futbol rəsmilərinə qarşı intizam tədbirləri görülüb.

Axar.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərarlar qəbul edib.

Belə ki, "Qarabağ" - "Neftçi" matçında azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə Ağdam klubu 5 000 manat cərimələnib. Beş futbolçusu sarı vərəqə alan "Neftçi" 700 manat, azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsinə görə isə əlavə 3 000 manat cərimə ödəyəcək.

Oyunun 90+4-cü dəqiqəsində stadiona cüzi zərər vuran və dəymiş zərəri yerindəcə ödəyən "Neftçi"nin mətbuat katibi Asəf Zeynallıya xəbərdarlıq edilib.

"Şamaxı" - "Şəfa" qarşılaşmasında isə "Şamaxı"nın məşqçisi Araz Bağırov hakimin qərarına etiraz etdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan qovulub. O, bir oyunluq cəzalanıb, klubu isə 2 500 manat cərimələnib. Həmin matçda dörd futbolçusu sarı vərəqə alan "Şəfa" da 700 manat cərimə ödəyəcək.

"Sumqayıt" - "Araz-Naxçıvan" oyununda ikinci sarı vərəqə alaraq meydandan qovulan Ağadadaş Salyanski bir oyunluq cəzalanıb. Bu qərara əsasən, Naxçıvan klubu 500 manat cərimələnib.

"İmişli" - "Turan Tovuz" qarşılaşmasında dörd futbolçusu sarı vərəqə alan Tovuz təmsilçisi də 700 manat cərimə ödəyəcək.

Tarix
2026.10.20 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə bayrağının Azərbaycanda endirilməsi - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla