Yuxarı

Rihanna Türkiyədə məhkəməni uddu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rihanna Türkiyədə məhkəməni uddu

Dünyaca məşhur müğənni Rihanna Türkiyədə onun adına bənzər şəkildə qeydiyyatdan keçirilən “RIANNA” markasına qarşı açdığı məhkəmə işini qazanıb.

Kult.az Axşam.az-a istinadla xəbər verir ki, sənətçinin öz markasını Türkiyədə satışa təqdim etməsindən sonra “RIANNA” adlı yerli markanın mövcudluğu aşkarlanıb. Rihanna tərəfi markaların adlarının bir-birinə çox bənzədiyini və istehlakçıların onları qarışdıra biləcəyini əsas gətirərək məhkəməyə müraciət edib.

Məhkəmədə “RIANNA” markasının sahibi adın ərəb mənşəli olduğunu və “gözəl qoxu” mənasını verdiyini bildirərək iddiaya etiraz edib.

Lakin məhkəmə yazılışdakı kiçik fərqə baxmayaraq, iki markanın istehlakçılar tərəfindən qarışdırıla biləcəyi qənaətinə gəlib. Nəticədə “RIANNA” adına verilmiş marka qeydiyyatının ləğv edilməsinə qərar verilib.

Tarix
2026.08.10 / 14:13
Müəllif
Kult.az
Digər xəbərlər

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla