Yuxarı

Məmməd Musayevə cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmməd Musayevə cinayət işi açıldı

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində cinayət işi açılıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Məmməd Musayevə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və o, təqsirləndirilən şəxs qismində tanınıb.

Məlumata əsasən, cinayət işi “Aqrarkredit” QSC (Bank Olmayan Kredit Təşkilatı) vasitəsilə ayrılmış kreditlərlə bağlı aparılan araşdırma ilə əlaqədardır. İstintaq çərçivəsində bir sıra sahibkarlara kənd təsərrüfatının maliyyələşdirilməsi məqsədilə ayrıldığı bildirilən kredit vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması ilə bağlı hallar araşdırılır.

Qeyd edək ki, Məmməd Musayev uzun müddət “Aqrarkredit” QSC-yə rəhbərlik edib. O, 2001-ci ildən 2025-ci ilədək qurumun rəhbəri vəzifəsində çalışıb.

Səhmləri tamamilə dövlətə məxsus olan “Aqrarkredit” QSC-nin əsas fəaliyyət istiqamətlərindən biri sahibkarlıq subyektlərinin, o cümlədən regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və kreditləşdirilməsidir.

Məmməd Musayev hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti vəzifəsində fəaliyyət göstərir.

Bundan əvvəl onun öz hesabına məzuniyyətə çıxdığı və iş başında olmadığı barədə məlumat yayılmışdı.

Azərbaycan Sahibkarlar Konfederasiyasından bildirilib ki, Məmməd Musayev gündəlik iş rejimində fəaliyyətini davam etdirir.

Konfederasiyadan əlavə edilib ki, qurum öz mandatına uyğun olaraq dövlət və özəl sektorla sıx əməkdaşlığını davam etdirir.

Tarix
2026.09.23 / 09:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla