Yuxarı

Qubada yaşayış məskəni araşdırılır: yeni tapıntılar... - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubada yaşayış məskəni araşdırılır: yeni tapıntılar... - Foto

Quba rayonunun Sırt Çiçi kəndində qədim yaşayış məskənlərinin və arxeoloji abidələrin öyrənilməsi istiqamətində tədqiqatlar aparılır.

Kult.az APA-ya istinadla xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, ekspedisiya rəhbəri Laçın Mustafayev bildirib ki, Sırt Çiçi kəndindən daxil olan vətəndaş müraciəti əsasında 10 iyulda Qalagah-I yaşayış yerinə baxış keçirilib. Ərazidə aparılan yerüstü kəşfiyyat zamanı keramika fraqmentləri toplanıb.

Onun sözlərinə görə, Qalagah-I yaşayış yeri ilk dəfə ötən əsrin 60-cı illərində qeydə alınıb və eramızın I minilliyinin birinci yarısına aid edilir. Abidə kəndin şimal-qərbində, hündür zirvəlikdə yerləşir. Bir neçə təpənin üzərində yerləşən yaşayış yeri geniş ərazini əhatə edir.

Mütəxəssisin sözlərinə görə, Sırt Çiçi kəndinin müxtəlif ərazilərindən də tez-tez tarixi əşyalar aşkarlanır. Kənd sakinlərinin verdiyi məlumata əsasən, belə materialların bir hissəsi kənd təsərrüfatı işləri və təbii proseslər, o cümlədən yağışlar zamanı üzə çıxır.

Laçın Mustafayev qeyd edib ki, aşkarlanan materiallar və aparılan müşahidələr Sırt Çiçi kəndinin zəngin maddi irsi və qədim tarixindən xəbər verir. Gələcəkdə bu ərazilərdə yerləşən arxeoloji abidələrin ətraflı və kompleks şəkildə tədqiqi bölgənin tarixinin öyrənilməsinə mühüm töhfələr verə bilər.

Qeyd edək ki, Qubada arxeoloji tədqiqatlar yalnız Sırt Çiçi kəndi ilə məhdudlaşmır. Səbətlər kəndində yerləşən son antik və orta əsrlər dövrünə aid Təhməzi yaşayış yerində də arxeoloji qazıntılar aparılıb. Burada keramika fraqmentləri, daş alətlər, tikili qalıqları və digər arxeoloji materiallar aşkarlanıb.

Təhməzi abidəsində aparılan qazıntılarla yanaşı, rayonun ətraf kəndlərində yerüstü kəşfiyyat işləri və arxeoloji abidələrə baxışlar da davam etdirilir.

Tarix
2026.08.10 / 20:45
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla