Yuxarı

Ceki Çan Bakıda: film çəkilişinin növbəti mərhələsi başladı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceki Çan Bakıda: film çəkilişinin növbəti mərhələsi başladı

"Tanrının Zirehi: Ultimatum" filminin beynəlxalq yaradıcı heyəti Bakıda çəkilişlərin növbəti mərhələsinə başlayıb.

Kult.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, filmin süjetinin mərkəzində "Asiya şahini"nin yeni missiyası dayanır. O, uğrunda 20 milyon dollardan çox mükafat elan edilmiş qədim Tumar artefaktını tapmalıdır. Filmin çəkilişləri eyni vaxtda bir neçə dövlətin ərazisində aparılır.

Layihə müxtəlif ölkələrdən olan aktyorları və kino mütəxəssislərini bir araya gətirən beynəlxalq komanda tərəfindən həyata keçirilir. Filmin istehsalı üçün ilk dəfə Qazaxıstan və Çinin kino komandaları bir araya gəliblər.

"Ultimatum" artıq kulta çevrilmiş "Tanrının Zirehi" franşizasının dördüncü filmidir. Baş rolu məşhur aktyor Ceki Çan ifa edir. Aktyor yenidən əfsanəvi macərapərəst "Asiya şahini" obrazını canlandırır. Bakı filmin bədii konsepsiyasına uyğun olaraq çəkiliş məkanı seçilib. Süjetə görə, hekayənin yeni bölümü Xəzər dənizinin ətrafında cərəyan edir. Buna görə də çəkilişlərin növbəti mərhələsi Azərbaycanda keçirilir.

Filmin bir sıra əsas səhnələri Bakıdakı müxtəlif məkanlarda lentə alınacaq. Bu mərhələ Ceki Çan üçün də xüsusi əhəmiyyət daşıyır. Aktyor ilk dəfə Azərbaycanda filmə çəkilir.

Çəkiliş qrupunun Azərbaycana səfərinin və ölkə ərazisində çəkiliş prosesinin təşkilinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) dəstək göstərir.

Filmin istehsal prosesinə müxtəlif kino peşələri üzrə 100-dən çox yerli mütəxəssis cəlb olunub. "Tanrının Zirehi: Ultimatum" filminin çəkilişləri 2026-cı ilin payızınadək davam edəcək. Filmin premyerasının 2027-ci ildə keçirilməsi planlaşdırılır.

Tarix
2026.08.10 / 13:50
Müəllif
Kult.az
Digər xəbərlər

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla