Yuxarı

Qulu Ağsəs, Kəramət, Əli Əmirli mükafat aldılar

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qulu Ağsəs, Kəramət, Əli Əmirli mükafat aldılar

Mayın 7-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Yaradıcılıq Fondunun “Ədəbiyyat adamı” mükafatının növbəti təqdimetmə mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Yaradıcılıq Fondunun sədri, xalq yazıçısı Kamal Abdulla “Ədəbiyyat adamı” mükafatının mahiyyəti və onun Azərbaycan ədəbi mühitində tutduğu yer barədə danışıb.

“Bildiyimiz kimi, may ayı Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlamətdardır. Biz də fondumuz adından qərara gəldik ki, bu münasibətlə ədəbiyyatçılarımız, ziyalılarımız üçün mükafat təsis edək və onu hər ilin may ayında təqdim edək”, - deyən rektor bildirib ki, “Ədəbiyyat adamı” mükafatı yalnız bədii yaradıcılığa deyil, bütövlükdə ədəbiyyata xidmətə, söz sənətinə sədaqətə, milli-mənəvi dəyərlərin qorunmasına verilən qiymətdir. Müasir dövrdə ədəbiyyat cəmiyyətin mənəvi yaddaşını yaşadan ən mühüm sahələrdən biridir və belə təşəbbüslər ədəbi mühitin inkişafına stimul verir. “Ədəbiyyat adamı” anlayışı yalnız yazıçı və şairlə məhdudlaşmır; ədəbiyyatı sevən, onu yaşadan, təbliğ edən və ona xidmət edən hər bir şəxsi ifadə edir.

Daha sonra “Ədəbiyyat adamı” mükafatının builki laureatlarının təltifetmə mərasimi keçirilib. “Ədəbiyyat adamı” mükafatına layiq görülənlər – Əli Əmirli, Kamran Nəzirli, Qulu Ağsəs, Əbülfət Mədətoğlu, Şahanə Müşfiq, Kənan Hacı, İntiqam Yaşar, Kəramət Böyükçöl, Püstə Axundova və Elnarə Qaragözova təltif olunublar. Təltif olunan laureatlar göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə tanınmış ziyalılar - Əli Əmirli, Əbülfət Mədətoğlu, Muxtar İmanov, Qulu Ağsəs, Kamran Nəzirli, Kənan Hacı, İntiqam Yaşar və Həmidə Əliyeva çıxış edərək Azərbaycan ədəbiyyatının dünəni, bu günü və gələcəyi ilə bağlı fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, “Ədəbiyyat adamı” mükafatı yalnız təltif deyil, həm də söz sənətinə verilən yüksək qiymətdir. Bu cür layihələr ədəbi mühitin canlı saxlanılmasına, yaradıcı insanlar arasında mənəvi bağların möhkəmlənməsinə xidmət edir.

Qeyd edək ki, “Ədəbiyyat adamı” mükafatı ilk dəfə 2018-ci ildə eyni adlı layihə çərçivəsində təsis olunub.

Tarix
2026.05.07 / 22:11
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla